Xəbər lenti
Dələduzlar 150 bal üçün nə qədər pul tələb edir? - Video

Manevr.az xəbər verir ki, sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin (DİM) həyata keçirdiyi qəbul imtahanının nəticələrini artıra biləcəklərini iddia edən şəxslər bu yolla vətəndaşları aldadırlar.
Dələduzlar hətta blok balının maksimum 150 bal artıra bildiklərini də deyirlər. Elanlar o qədər sürətlə yayılır ki, bu işlə məşğul olanlara inanıb ödəniş edənlər də var. Buna görə vətəndaşlardan 100 manatdan 250 manata qədər pul istənilir.
DİM-in sektor müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, son zamanlar imtahanların keçirildiyi müddətdə, eləcə də nəticələr elan olunduqdan sonra abituriyentləri aldatmağa çalışan dələduzların sayı artıb.
DİM rəsmisi onu da əlavə edib ki, vətəndaşlar bu tip saxta elanlara inanmamalıdırlar. Abituriyentin topladığı bal yalnız qurumun rəsmi saytlarında yerləşdirilir və bu ballara kənar müdaxilələrin edilməsi mümkün deyil.
Eskpertlər hesab edirlər ki, bu cür səhifələr daha çox xarici ölkələrdən idarə edilir.
Ətraflı süjetdə:
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar