Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rəsmi təklif: "Taksi xidmətindən kənarlaşdırılanlar avtobus sürücüsü ola bilərlər"

Tarix: 19-07-2024 14:39     Baxış: 4104 A- / A+
Rəsmi təklif: "Taksi xidmətindən kənarlaşdırılanlar avtobus sürücüsü ola bilərlər"
"Son vaxtlar vətəndaşların sifariş etdikləri taksilərin sistemdə göstərilən nəqliyyat vasitəsi olmaması, köhnə və yararsız olması halları müşahidə edilir".
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov məlumat verib. Onun sözlərinə görə, 30-a yaxın bu cür fakt müəyyən edilib.
"Həmin şəxslərin taksi xidməti ilə bağlı icazələri ləğv edilib. Vətəndaşlara müraciət edərək bildirmək istəyirəm ki, belə halla qarşılaşanda həmin taksidən imtina etsinlər və "141" Çağrı Mərkəzinə məlumat versinlər".
Nazirlik rəsmisi taksi xidmətindən kənarlaşdırılan sürücülərə təkliflə müraciət edib. O əlavə edib ki, son zamanlar bir çox sürücü taksi fəaliyyətindən uzaqlaşdırılıb və onların məşğulluğu ilə bağlı suallar yaranır:
"Məşğul olmayan sürücülərin avtobusla sərnişindaşımalara cəlb olunması üçün hazırda geniş imkanlar var. Təkcə "BakuBus" şirkətinin hazırda 1 000-dən artıq "D" kateqoriyalı sürücüyə ehtiyacı var və taksi fəaliyyətindən kənarlaşan şəxslər bu imkanları nəzərdən keçirə bilərlər".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar