Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda kibercinayətlərə qarşı yeni işçi qrupu yaradıldı

Tarix: 19-07-2024 12:37     Baxış: 371 A- / A+


Kibertalamaların qarşının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və ölkədə fəaliyyət göstərən bankların nümayəndələrindən ibarət işçi qrup yaradılıb.
Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı və ölkədə fəaliyyət göstərən bankların nümayəndələrinin iştirakı ilə bank kartlarından kibertalamalara dair aktual problemlərin müzakirə edilməsi məqsədilə işçi görüş keçirilib.
Tədbirdə çıxış edən DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev kibertalama və kiberdələduzluq hallarının qarşısının alınması üçün bank-maliyyə təşkilatları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Kibermaarifləndirmə sahəsində aparılan profilaktik tədbirlərdən söz açan Baş İdarə rəisi bu sahədə işlərin daha da gücləndirilməsi üçün birgə səylərin artırılmasının və qarşılıqlı əlaqənin yüksək səviyyəyə çatdırılmasının əhəmiyyətini qeyd edib.
İclasda çıxış edən Mərkəzi Bankın baş direktoru Fərid Osmanov bildirib ki, bank kartlarının kibertalanması vətəndaşların sosial rifahına birbaşa mənfi təsir edən amillərdəndir. F.Osmanov bu sahədə problemlərin qısa zamanda aradan qaldırılması üçün mövcud olan beynəlxalq təcrübələrdən də istifadə olunmasının effektiv nəticələrə səbəb ola biləcəyini qeyd edib.
Tədbirdə həmçinin çıxış edən bankların kibertəhlükəsizlik üzrə məsul şəxsləri, departament direktorları və bank-maliyyə sektorunda bu məsələyə nəzarət edən rəhbər şəxslər kartlardan pul vəsaitlərinin talanmasının qarşının alınması, eləcə də Baş İdarə ilə koordinasiyalı işlərin görülməsi məqsədilə qısa zamanda təkliflərin hazırlanacağını və aidiyyəti üzrə təqdim ediləcəyini vurğulayıblar.
Görüşün sonunda kibertalamalara qarşı mübarizədə birgə fəaliyyətin təşkili, hadisələrə çevik reaksiya verilməsi və qabaqlayıcı işlərin görülməsi üçün DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları və bankların nümayəndələrindən ibarət işçi qrupun yaradılması haqqında qərar qəbul edilib.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar