Xəbər lenti
Tanınmış vəkillər arasında qalmaqal

Xüsusi ittiham qaydasında verilmiş şikayətə Nərimanov Rayon Məhkəməsində baxılır.
Xüsusi ittihamçı Yusifov iddia edir ki, Adəm Məmmədov onu ağır cinayətdə ittiham edir.
Söhbət Adəm Məmmədovun qardaşı ilə birgə rəhbərlik etdiyi saytda dərc olunan xəbərdən gedir.
Sonradan həmin xəbər bir neçə saytda və sosial şəbəkələrdə yayılıb.
Məlumat üçün deyək ki, iddia C.Yusifovun yaxın qohumuna xəsarət yetirməsi xəbəri ilə bağlı qaldırılıb.
Qarşı tərəf isə həmin məlumatın yalan olduğunu deyir.
Vəkil Yusifov hesab edir ki, peşəkar fəaliyətinə qara yaxmaq üçün ona böhtan atılır.
Ceyhun Yusifov Adəm Məmmədovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə cəzalandırılmasını tələb edir.
Bu maddələrin sanksiyasında 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bu gün keçirilən ilk iclasda məhkəmə işi araşdırmaq qərarı qəbul edib. Şikayət icraata qəbul edilib. Baxış iclası iyulun 25-nə təyin edilib.
Qeyd edək ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə görə, yalnız barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü olduqda vəkilin vəkillik fəaliyyətinə xitam verilir. bakupost.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar