Xəbər lenti
Sabiq icra başçısının əmlakının müsadirəsinə qərar verildi
Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş əmlaklarını geri qaytarmaq uğrunda mübarizə başa çatıb.
Manevr.az-ın məlumatına görə, bu gün Ali Məhkəmə məsələ ilə bağlı yekun qərar verib.
N.Quliyevin hüquqi varisi qismində tanınmış qardaşı 600 min manatlıq əmlakın müsadirədən azad edilməsini istəyirdi.
Yüksək instansiya məhkəməsi isə hüquqi varisin istəyini əsaslı hesab etməyib. Məhkəmə belə qənaətə gəlib ki, prokurorun əsaslı protesti ilə birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Bu səbəbdən kassasiya şikayəti rədd edilib.
Son qərar da elan edildiyinə görə, icra məmuru dövlət nəfinə alınan əmlakı hərrac təşkilatı vasitəsilə satışa çıxaracaq.
Qeyd edək ki, N. Quliyev 2019-cu ildə müavini Ramiz Tatarovla birgə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi. Mənimsəmə, rüşvət alma kimi cinayətlərdə təqsirli bilinən eks-icra başçısı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü il 8 il 6 ay azadlıqdan məhrum edilib. Hökmə əsasən, üzərinə həbs qoyulmuş əmlaklar müsadirə edilib. 2 il sonra N.Quliyev həbsdə koronavirusdan ölüb. Ölümündən sonra Gəncə Apellyasiya Məhkəməsi əmlaklarını müsadirədən azad edib.
Sonradan prokurorun protesti əsasında Ali Məhkəmə qərarın əmlakların müsadirədən azad edilməsi hissəsini ləğv edilib. Gəncə Apellyasiya Məhkəməsi təkrar baxışda əvvəlki qərarını pozub, əmlakların yenidən müsadirəsinə qərar verib."Qafqazinfo”
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar