Sosial şəbəkələrdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun özünü pis hiss etməsi ilə bağlı yayılan videomüraciət həqiqəti əks etdirmir. Bu video ilə bağlı tədbir görüləcək.
Manevr.az xəbər verir ki, bu barədə “report”un Rusiya bürosuna Azərbaycanın Rusiya Federasiyasındakı diplomatik missiyasından məlumat verilib.
“Feysbuk sosial şəbəkəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından guya özünü pis hiss etməsi, həkimlərə müraciət etməsi və məcburi müalicə kursu keçməsi ilə bağlı videomüraciət yayılıb. Nəzərə çatdırırıq ki, “deep-fake” texnologiyası ilə hazırlanmış bu videomüraciət reallığa uyğun gəlmir və yalan məlumatları əks etdirir”,- səfirlikdən bildirilib.
Xəbər lenti
Polad Bülbüloğlunun yayılmış videosu ilə bağlı rəsmi açıqlama
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































