Sizin Reklam Burada
Xəbər lenti
13-09-2024
12-09-2024
BÜTÜN XƏBƏRLƏR

Körpəsi ilə tapılan qadın oğlan tərəfindən tərk edilibmiş :Qaldıqları kafe isə ancaq gecələr işləyir

Tarix: 16-07-2024 23:04     Baxış: 362 A- / A+
24 yaşlı ana və 15 günlük körpəsinin baxımsız vəziyyətdə olması ilə bağlı 15 iyul tarixində Ailə, qadın və uşaq məsələləri üzrə Dövlət Komitəsinə telefon zəngi daxil olub.

Məsələ aidiyyəti qurumlarla birlikdə araşdırılıb, köməksiz vəziyyətdə qalan ana və uşaq polis və digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə obyektdən çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin sözlərinə görə, qadın sözügedən ərazidə yaşamayıb, qidalanma məqsədilə obyektə gəlirmiş. Bildirilib ki, kafe sahibi qadın və uşaq çətin vəziyyətdə olduğu üçün onlara yardım göstərib.

"Bir uşaqla gəlmişdi, dedi ki, əkiz olublar, biri rəhmətə gedib. Əslən Naxçıvandan idi. Dedi ki, bir oğlanla birlikdə bura gəlib. Oğlan qızı burada atıb gedib", - hadisə şahidi deyib.

Sosial Xidmətlər Agentliyindən verilən məlumata görə, uşaq müalicə prosesinin ardınca aidiyyəti üzrə körpələr evinə yerləşdiriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar