Xəbər lenti
Hansı bölgədə qadın sahibkar çoxdur?

Azərbaycanda hazırda fərdi sahibkarların 77 faizini kişilər, 23 faizini isə qadınlar təşkil edir.
Bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib.
Kişi fərdi sahibkarların sayı 1 045 014, qadın fərdi sahibkarların sayı 311 572 nəfərdir.
Rəsmi statistikaya görə, qadın fərdi sahibkarlar daha çox kənd təsərrüfatında (41,3%), ticarət sahəsində (18%), təhsildə (3,5%), peşə, elmi və texniki fəaliyyətdə (3,3%), ictimai işaşə sektorunda (2,6%), emal sənayesində (1,9%) çalışırlar,
Sahibkar qadınların 28,6%-i Bakıda, 10,2%-i Lənkəran-Astara, 9,6%-i Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Qazax-Tovuz (28,2%), Naxçıvan Muxtar Respublikası (26,7%), Gəncə-Daşkəsən (25,9%), Bakı (24,8%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar