Xəbər lenti
İki il ərzində 42 qadın: Keniya manyakının şokedici etirafı
Keniyada üstü açılan dəhşətli cinayətlər ölkə gündəmində şok yaradıb. Belə ki, zibilxanada 10-a yaxın qadının parça-parça edilmiş cəsədləri tapılıb.
"RIA Novosti" verdiyi məlumata görə, qorxunc hadisə paytaxt Nayrobidə baş verib. Bildirilir ki, azı doqquz cəsəd polietilen torbalara bükülü vəziyyətdə tapılıb. Lakin şahidlərin sözlərinə görə, meyitlərin sayı daha çox olub.
Meyitlər çıxarılarkən hadisə yerinə yerli sakinlər toplaşıblar. Polis onları dağıtmaq üçün xəbərdarlıq atəşi açmağa və iki su şırnağı maşınından istifadə etməyə məcbur olub.
Keniya Cinayət Araşdırmaları İdarəsinin rəhbəri Mohamed Aminin sözlərinə görə, əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. Həbs edilən şəxs son iki il ərzində ümumilikdə 42 qadını öldürdüyünü etiraf edib.
Araşdırma davam edir. oxu.az

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar