Xəbər lenti
"Azərbaycan-Pakistan münasibətləri dünyada örnək götürülə bilər" - Millət vəkili
Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlar üzərində həyata keçirdiyi xarici siyasətdə İslam ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda sıx əməkdaşlıq edilir ki, bu sırada Pakistan İslam Respublikası xüsusi yer tutur. Cənab Prezident bu münasibəti iki qardaş ölkə arasında olan münasibətlər kimi səciyyətləndirir. Həqiqətən ki, Azərbaycanla Pakistan arasında münasibətlər örnək götürülə bilən səviyyədədir”.
Manevr.az bildirir ki, bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı Aqil Məmmədov bildirib.
A.Məmmədovun sözlərinəd görə bir sıra dəyərlər Azərbaycan və Pakistan xalqlarını həmişə bir-birinə bağlayıb: “Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Ulu öndər Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Bakıya rəsmi səfər edib, bir il sonra - 1996-cı ilin aprelində isə Heydər Əliyevin dost ölkəyə rəsmi səfəri baş tutub və bu səfər əlaqələrin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyıb. Sonrakı mərhələdə Prezident İlham Əliyevin Pakistana və dost ölkənin dövlət və hökumət rəhbərlərinin Azərbaycana çoxsaylı səfərləri reallaşıb”.
A.Məmmədov qeyd edib ki, Azərbaycan Prezidentinin iyulun 11-12-sini əhatə edən dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu ölkələr Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı respublikamıza ciddi siyasi dəstək nümayiş etdirdi. Artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi illər ərzində müxtəlif vaxtlarda Pakistan rəsmiləri Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyən, dövlətimiz və xalqımızla həmrəy olduğunu əks etdirən müvafiq qətnamələr qəbul edib, bəyanatlar yayıblar. Pakistan Senatı 2022-ci il mayın 30-da Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib. Azərbaycan da hər zaman beynəlxalq platformalarda Pakistanın haqlı mövqeyini dəstəkləyib”.
11 iyul tarixində İslamabadda Azərbaycan ilə Pakistan arasında çoxlu sayda sənədlərin imzalandığını deyən A.Məmmədov iki dost, qardaş ölkə arasında münasibətlərin inkişafında bu sənədlərin mühüm rolu olacağını vurğulayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar