Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Lənkəranda xəstəxanada vəfat edən müəllimin ölüm səbəbi AÇIQLANDI

Tarix: 12-07-2024 15:37     Baxış: 4108 A- / A+



"Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin fransız dili müəllimi Sədaqət Nəsir qızı Nəsirovanın əməliyyatı uğurla icra olunub və xəstənin vəziyyəti əməliyyata uyğun olub".
Manevr.az xəbər verir ki, bu məlumat oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verib.
Məlumatda qeyd olunub ki, 10.07.2024-cü il tarixində Lənkəran rayonu Aşağı Nüvədi kənd sakini, 1972-ci il təvəllüdlü (qadın cinsli) şəxs uşaqlıq yolunun dəqiqləşdirilməmiş qanaxması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya edilib:
"Xəstə obyektiv müşahidə olunduqdan sonra dərhal əməliyyat blokuna alınıb. Əməliyyat uğurla icra olunub və xəstənin vəziyyəti əməliyyata uyğun olub.
11.07.2024-cü il tarixində xəstədə fiziki aktivlik müşahidə olunub, lakin növbəti dəfə yerindən durarkən vəziyyəti qəflətən pisləşib, tənəffüs çatışmazlığı müşahidə olunub. Xəstəyə ağciyər arteriyalarının tromboemboliyası diaqnozu qoyulub.
Vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar