Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı blogerin 153 milyon borcu var? - AÇIQLAMA

Tarix: 12-07-2024 11:22     Baxış: 487 A- / A+

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb. 
Hüseyn son günlər Rusiya vergi orqanlarına 153 milyon rubl borcu olması ilə bağlı haqqında çıxan xəbərlərə münasibət bildirib. 
Belə ki, izləyicisinin "Səni xəbərlərdə izləyirik. Danışacaqsan?” sualına Həsənovun cavabı belə olub: 
"Əgər kimsə nəsə danışır və ya yazırsa, bu hər zaman düzgün olduğuna dəlalət etmir. Hər şey yaxşıdır”. "Nəyə görə Azərbaycana köçdünüz?” sualına Hüseyn belə cavab verib: 
"Mən heç yerə köçməmişəm. İstədiyim yerdə və istədiyim vaxt yaşayıram. Mən Bakıdakı tətildən və buradakı həyatdan həzz alıram. Hər zaman səyahət edirəm və mən dünya adamıyam. Mənim üç əsas yaşadığım şəhər var: Bakı, Moskva və Dubay. Hər yerdə də bütün işlərim düz yoldadır”. 
Bloger qadın düşkünü olması ilə bağlı izləyicisindən gələn suala belə münasibət bildirib: 
"Hələki subayam. Yəni mən nə evli, nə də ki, hansısa bir xanımla münasibətdəyəm. Kimlə istəsəm, istədiyim vaxt və istədiyim qədər ünsiyyət qururam. İstənilən yerdə də tanış oluram. Məni necə istəyirsinizsə elə də adlandırın. Heç vecimə də deyil. Yeri gəlmişkən, mən aldatmağa qəti şəkildə qarşı olan kişilərin kiçik faizinə aidəm. Mən heç vaxt adamımı aldatmayacağam. Mən yalnız bir insanı sevə bilirəm”. /bizim.media 

Manevr.az   

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar