Sizin Reklam Burada
Xəbər lenti
13-09-2024
12-09-2024
BÜTÜN XƏBƏRLƏR

Şixəliyevin milyonluq əmlakı satışa çıxarıldı - Hərracı oğlu uddu

Tarix: 12-07-2024 10:25     Baxış: 470 A- / A+
Şixəliyevin milyonluq əmlakı satışa çıxarıldı -
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şixəliyevin müsadirə edilmiş əmlaklarının hərraca çıxarılması barədə bir müddət əvvəl məlumat vermişdik. Həmin vaxt Şixəliyevin ailə üzvləri icra məmurunun əmlakları hərraca çıxarmasına etiraz edib məhkəməyə müraciət etdilər. Yerli məhkəmələr məhkum şəxsin həyat yoldaşı və övladlarının verdiyi şikayətləri qanunun tələblərinə uğun olmadığı üçün geri qaytarmışdı. Qərardan sonra icra məmurunun sifarişi ilə dövlət nəfinə alınmış əmlaklar satışa çıxarılıb.
Manevr.az qafqazinfo-ya istinadən bildirir ki, müsadirə edilmiş əmlaklardan biri ilə bağlı hərracı Mövlam Şixəliyevin oğlu Elgün Şixəliyev udub.
Binəqədi rayonunun Novxanı qəsəbəsində yerləşən bağ evi hərrac təşkilatı tərəfindən 1 milyon 174 min manata oğul Şixəliyevə satılıb. Artıq E.Şixəliyev həmin əmlakın üzərinə qoyulmuş həbs qərarının ləğv edilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Hakim müraciəti əsaslı hesab edib. Qərara əsasən, əmlak üzərindən həbs götürülüb.
Sözügedən əmlakın Elgün Şixəliyev üçün xüsusi əhəmiyyətini öyrənmək məqsədilə vəkili Ceyhun Yusifova müraciət etdik. Vəkil bu barədə danışmaqdan imtina etdi.
Qeyd edək ki, Mövlam Şixəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun özünün və ailə üzvlərinin adına rəsmiləşdirilmiş 8 milyona yaxın qiymətləndirilən əmlakı müsadirə edilib. Prezidentin sərəncamı ilə Mövlam Şixəliyev general rütbəsindən və dövlət təltiflərindən də məhrum edilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar