Sizin Reklam Burada
Xəbər lenti
13-09-2024
12-09-2024
BÜTÜN XƏBƏRLƏR

"Çox adam mənə deyir ki, səndən yaxşı deputat olar"

Tarix: 10-07-2024 22:34     Baxış: 476 A- / A+
"Çox adam mənə deyir ki, səndən yaxşı deputat olar"Azərbaycan Respublikası növbədənkənar parlament seçkilərinə hazırlaşır. 2024-cü il sentyabr ayının 1-də qanunverici orqana növbəti seçkilər keçiriləcək.

Maraqlıdır ki, budəfəki seçkilərdə hansı sənət adamları iştirak edəcək.

Xalq artisti Niyaməddin Musayev seçkilərdə iştirakı ilə bağlı bunları deyib:

"Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisində namizədliyimi irəli sürməyəcəm. Amma hər kəs gedib parlament seçkilərində səs verməlidir. Mən də gedib səsvermədə layiqli namizədə səs verəcəm".

Xalq artisti Mənsum İbrahimov da seçkilərdə namizədliyini irəli sürməyəcəyini bildirib:

"Çünki mənim öz sahəmdə, yəni muğam aləmində görəcəyim işlər həddindən artıqdır. Milli Konservatoriyada Muğam kafedrasının müdiriyəm. İş həddindən artıq çoxdur. Düşünürəm ki, mədəniyyət sahəsində daha faydalı ola bilərəm. Namizədliyini verən hər kəsə uğurlar arzulayıram. İnanıram ki, xalq da öz layiqli namizədini seçəcək".

Əməkdar artist, aktrisa Mehriban Xanlarova söyləyib ki, çoxları onun deputat olmasını istəyir:

"Mən namizədliyimi irəli sürməyəcəm. Çox insanlar mənə deyiblər ki, səndən yaxşı deputat olar. Bəzi məsələlər var ki, mən axıra qədər gedirəm. Haqq uğrunda iş görməyi sevirəm. Qorxuram qabağımı kəsələr. 200 dərəcə dönən deputatın olmağındansa, olmamağı yaxşıdır. Prezidentimiz cənab İlham Əliyev deyir ki, "məmurlar xalqın xidmətçisi olmalıdır". Atatürkün yaxşı bir kəlamı var. O deyir ki, "hamınız millət vəkili ola bilərsiniz, amma hamınız sənətkar ola bilməzsiniz. Təəssüf ki, Əməkdar artist kimi xalqın problemlərinin həllinə bəzi deputatlardan daha çox töhfə verə bilirik".

"İndi yenə də bəziləri qapı-qapı düşüb müəyyən vədlər verib səs istəyəcək, seçildikdən sonra isə sözlərinin arxasında dayanmayacaqlar. Bu, təbii ki, hamıya aid deyil. Amma beləsi deputat olacağına, istəmirəm, olmasın", - Əməkdar artist vurğulayıb.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar