Türkiyəli futbolçu Merih Demiralın Euro-2024 çərçivəsində Avstriya ilə oyun günü göstərdiyi Bozqurd işarəsi qalmaqal yaratdı. Avropa Futbol Federasiyaları Birliyi (UEFA) Merih Demiral barədə araşdırma başladı və onu, "uyğun olmayan davranış" səbəbi ilə cəzalandırdı. Əsas səbəb isə Bozqurd işarəsinin Almaniya və Avstriyada qadağan olunması, “radikal cərəyanın simvolu” kimi göstərilməsidir.
Bəs Bozqurd işarəsi necə yaranıb?
Bozqurd eramızdan əvvəldən türklər üçün simvol hesab olunub. Bozqurdun türklərin simvolu olduğunu təsdiqləyən və yaşı eramızdan əvvələ dayanan bir neçə dastan mövcuddur. Bunlardan ən çox bilinənləri Türəyiş, Asena və Ergenekon dastanlarıdır. Türəyiş dastanına görə, Hun qəbilə ittifaqı olan “Hiung-nu”nun başçısı Şanyusunun ( tanhu, tanyu, yəni rəhbərinin) iki gözəl qızı varmış, onlar uca dağda qala düzəldiblər. Sanyusun qızlarını Tanrı ilə evləndirmək istəyib. Qalanın ətrafında yaşlı qurd da məskən salıb, qızlardan biri qurdun Tanrı olduğun güman edib, ondan uşaq dünyaya gətirib. Türk sözünün etimaloji mənalarından birinin də “türəmək” olduğu bir çox mənbələrdə qeyd edilib.
Asena dastanında isə qəhrəman dişi qurddur. Bu dastana görə, Türk qövmü düşmən tərəfdən tamamilə məhv edilir, 10 yaşlı uşaq sağ qalır, Asena onu bəsləyib böyüdür, oğlan 14 yaşında olanda qurd uşaqdan hamilə qalır və 10 oğlan uşağı doğulur. Onlar qonşu qəbilələrin qızları ilə evlənib doğub törəyib yenidən tayfalarını böyüdürlər.
Ergenekon dastanına görə isə türklər Ergenekon dağından çıxarkən “Börteçine” adlı dişi qurd onlara yol göstərir. Bozqurd simvolu da “yol göstərən” anlamını daşıyır.
Mifologiyada yuxuda Bozqurd görmək uğura, qurdun sürünü basması isə bərəkət kimi yozulur.
Türklər çölçü həyat tərzi sürdükləri üçün bozqurdun yaşama biçimi onlar üçün ideal olub. Qurd, döyüşü, azadlığı, sürəti, ağlı, ərazini müşahidə edə bilmə qabliyyətin simvolizə edir.
Qurda “börü” deyə də xitab edirlər. Börü sözü VII əsrə aid, Gültəkin abidələrində rast gəlinir. Qurdla bağlı məqamlara oğuz türkü Mahmut Kaşğarlının “Divani Lüfəti Türk” əsərinə də də rast gəlinir.
Niyə canavar yox, qurd?
Canavar sözü fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır. Bu da latın dilindəki Canis sözündən götürülüb. Canavar digər xalqların dastanlarında, şifahi xalq yaradıcılığında yırtıcılığın rəmzidir. Türklərdə isə qurd qurtarıcı, yol göstərən, xilaskar kimi təsvir olunub.
Qurdun yaşam tərzi çox fərqlidir və başqa heyvanlara bənzəmir. Qurd sürü halında olsa belə heç vaxt yanında balası olan heyvana hücum etmir, ovundan yaşlı qurda və ailəsinə yem verir. Qurd sürülərində ənənə çox vacib amildir.
Türkün də yaşam, xüsusilə döyüş taktikaları qurda bənzəyir. Məsələn, türk döyüş taktiki olan aypara mühasirəsi qurd savaşından götürülüb, ilk dəfə Mete xan tərəfindən uyğulanıb.
Bozqurd işarəsi necə yarandı?
Türkiyə milli komandasının futbolçusu Merih Demiralın Avstriya ilə oyunda Bozqurd işarəsi göstərməsindən sonra bu simvolla bağlı müzakirələr aktuallaşdı. Çox təəssüf ki, həmişə olduğu kimi bu dəfə də müzakirələr həm də tarixi faktlara dayanmayan, avantürist və manipulyativ yanaşmaları da ortaya qoydu.
Bəziləri bu işarənin Azərbaycanda, 90-cı illərdə Meydan hərəkatında yaranması ilə bağlı iddialar ortaya atdılar. Bu, sadəcə gülüncdür. Həm də böyük türk tarixini bilməməkdir. Çox təəssüf ki, bu cür fikirləri tanınmış siyasətçilər, media adamları da tirajladılar.
Bu mövzuda ən çox istinad edilən vaxtilə AXC-də təmsil olunmuş Xanım Xəlilovanın bir çıxışıdır. Halbuki həmin çıxışda Xanım Xəlilovanın dedikləri də kontekstdən çıxarılır. Diqqətli izləyici başa düşür ki, Xanım Xəlilova Alparslan Türkeşlə bağlı xatirəsini danışarkən, onun Bakıda Azadlıq Meydanındakı aksiyaya qatıldığını deyir. Xanım Xəlilova bildirir ki, meydanda Bozqurd işarəsi qaldırılırdı, Türkeş bu işarənin anlamını soruşub Xanım Xəlilova da ona bu barədə danışıb. Və bunu o kontekstdə vurğulayır ki, yəni, bu işarə Türkiyədəki Milliyyətçi Hərəkat Partiyasının simvolu deyil. Bu xatirə isə Bozqurd işarəsinin məhz 1992-ci ildə Bakıda yaranması anlamına gəlmir və belə nəticə çıxarmağa əsas vermir.
Bozqurd işarəsi nə vaxt yaranıb?
Bu, Göktürklərdən öncəyə, hunlara, peçenek və qıpçaklara qədər uzanır. Bizə isə gəlib çıxan nümunələrdən VI əsrə aid heykəltaraşlıq abidələrində bu işarənin olduğunu görmək mümkündür. Bozqurd işarəsi Firdovsinin “Şahnamə”sinə çəkilən miniatürlərdəki türk qadınlarının rəsmlərində var. Bozqurd işarəsinin tarixi, türk mifologiyasına və tarixinə dayanır.
Bozqurd işarəsinin mənası ilə bağlı isə müxtəlif versiyalar mövcuddur. Onlardan ən çox yayılmışı budur ki, türklər çöldə yaşadığından və yaşadıqları yerlərdə dəmir emal etmək mümkün olduğuna görə bu onların yaşam biçiminə təsir edir. Dəmirdən qılınc düzəlir, qılıncla özlərini, tayfalarını qoruyur, eyni zamanda çöllərdə karvan yollarına nəzarət edirdilər. Müəyyən olunmuş “torpaq basma” vergisini verməyənləri isə vergiyə məcbur edirdilər. Bozqurd işarəsi ilə onlar bozkırlarda, çöllərdə eyni tayfadan olduqlarını bir-birinə izah edirdilər. Bu işarəni göstərmək “mən də sizdənəm” anlamına gəlirdi. İşarə isə qurdun üzünün rəsmini yaradır.
Türkeş Bozqurd işarəsi barədə nə deyirdi?
Türk millətçilərinin liderlərindən olmuş Alparslan Türkeş bu işarəni türklük, islam və dünya birliyi kimi izah edib, türk-islam möhürü kimi qeyd edirdi. Türkeş milli düşüncəni türk-islam sintezi olaraq görürdü, “Tanrı dağı qədər türk, Hira dağı qədər müsəlmanıq” deyirdi.
MHP-nin əsas simvoluna çevrilən bu işarəyə Türkeş tərəfindən başqa məna yükü əlavə edilib. Əslində isə bu simvol çox-çox qədimlərə dayanır və Türklüyün rəmzidir. Bu işarənin islamla da heç bir əlaqəsi yoxdur.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar