Sizin Reklam Burada
Xəbər lenti
05-10-2024
04-10-2024
BÜTÜN XƏBƏRLƏR

Vəzifədən gedən Xalq artisti dövlətə məxsus avtomobili təhvil vermək istəmir?

Tarix: 08-07-2024 23:09     Baxış: 390 A- / A+
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sabiq sədri, Xalq artisti Şəfiqə Məmmədova köhnə kabinetini, dövlət telefonunu və 99-AA-545 nömrəli dövlət maşınını hələ də təhvil verməyib.

Hazırda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yeni sədri, Xalq artisti Rasim Balayev köməkçisinin otağında oturur.

Məsələ ilə bağlı Xalq artisti Şəfiqə Məmmədova açıqlamasında deyib ki, qeydiyyat təsdiq olunan kimi artıq hər şey öz yerini alacaq:

"Hələ təsdiqlənməmişik. Təsdiqdən sonra telefon yeni sədrə keçəcək. İdarə heyəti yığılacaq. Bu məsələlərə baxılacaq. Deyilənə görə, qeydiyyat bu həftə bitəcək. Biz təhvili çoxdan vermişik. Sadəcə sənədlər hələ kollegiyadan keçməlidir. Amma biz artıq 2023-cü ilə görə bütün hesabları təhvil vermişik. Başqa nəyi təhvil verməliyik ki? Əvvəlki təşkilatda nə varsa, bu təşkilat ilə birləşdirmişik. Hər şeyin rəsmi qaydada təsdiqindən sonra hamısını elan edəcəyik".

Şəfiqə Məmmədova qeyd edib ki, Ədliyyə Nazirliyi hələ də təşkilat kimi təsdiq etməyib:

"Bunların hamısı dövlətin, Ədliyyə Nazirliyinin, Mədəniyyət Nazirliyinin nəzarəti altındadır. Məncə, burada sual yaradacaq bir məsələ yoxdur. Bütün proseslər bitib. Bütün sənədlər yığılıb, qeydiyyatı gözləyirik. Yığılacaq idarə heyəti təsdiq edilməlidir. Sədr də rəsmi qaydada təsdiq edilməlidir. Təhvil vərəcəyimiz bütün sənədlər qeydiyyata gedib. 

Təbii ki, qeydiyyatdan sonra ittifaq yeniliklərlə öz işinə başlayacaq. Amma sədr çoxdan işləyir. Bütün bu proseslər hamısı dekabr ayında bitib". demokrat.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar