Xəbər lenti
Qusarın yeni icra başçısı kimdir? - DOSYE
Prezident İlham Əliyevin sərəncamı ilə Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Sahir Məmmədxanov əvvəllər vergilər xidmətində işləyib.
Manevr.az-ın məlumatına görə, Sahir Məmmədxanov 2020-ci ildə vergilər nazirinin 1-ci müavini postundan azad edilmişdi.
Sahir Polad oğlu Məmmədxanov 1959-cu ildə İsmayıllıda doğulub.
1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib.
1985–1993-cü illərdə Tver şəhərinin "Elektroaparatura" zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənaye Nazirliyinin "Kalininmaşdetal" istehsalat birliyində baş mühasib vəzifəsində çalışıb.
1993-cü ildən Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994-1999-cu ilə qədər müfəttiş, şöbə rəisi kimi işləyib.
1999-cu ildən "İri vergi ödəyiciləri ilə iş üzrə" Baş İdarə rəisinin müavini, daha sonra 2001-ci ilədək Baş İdarənin rəisi vəzifəsində çalışıb.
2001-2009 – cu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsini tutub.
Ölkə başçısının 4 mart, 2009-cu il tarixli sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə, 29 mart, 2016-cı il tarixli sərəncamla isə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, 2020-ci ilin 14 mayında ildə vergilər nazirinin 1-ci müavini vəzifəsini itirmişdi. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir.
Ailəlidir. 2 övladı var.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər


.jpg)
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar