Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tarixi Şuşa şəhərindən türk birliyinə verilən vacib mesaj – Millət vəkili

Tarix: 07-07-2024 16:51     Baxış: 394 A- / A+
Mədəniyyət paytaxtımız, xalqımız üçün qürur və mənəviyyat ünvanı olan Şuşa bu gün mötəbər tədbirlərin məkanı kimi xarakterizə olunur. Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi də bu kontekstdən tarixi hadisə idi. Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılaması sözsüz ki, xalqımız yaddaşına əbədi həkk olundu.
Manevr.az bildirir ki, bunu Milli Məclisin VI çağırış millət vəkili olmuş Aqil Məmmədov deyib.
“Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak edib. Ölkəmizin başçısının qonaqları Azərbaycanda, Qarabağda, mədəniyyət paytaxtımız Şuşada qarşılaması, onları salamlaması isə olduqca önəmli idi. Cənab Prezident Onun Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsünü dəstəklədiklərinə və bu dəvəti qəbul edib Şuşa şəhərinə gəldiklərinə görə təşəkkürlərini bildirib. Vurğulanıb ki, türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir” – deyə o əlavə edib.


Qeyd edib ki, Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə böyük işlər görüb: “Bu mənada artıq Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilir. TDT-yə üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur. Həmçinin  hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərib. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, mədəniyyət TDT-yə üzv ölkələrin böyük sərvətidir. Xalqların ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələri sıx birləşdirir. Təbii ki, bütün bunların fonunda XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Cənab Prezident də məhz bu kontekstdə Azərbaycanın ortaya qoyduğu yeni bir reallığın mahiyyətinə diqqəti yönəldib. 2023-cü ilin sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bütün ölkə ərazisində konstitusiya quruluşu tam bərqərar edilib. Bu mənada indiki halda Şuşada keçirilən TDT-nin Zirvə görüşü rəmzi məna kəsb edir. Çünki Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Cənab Prezident də Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsini Azərbaycan xalqının böyük faciəsi adlandırıb. Sözsüz ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayıb, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşayıb və buna nail olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad edib. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, İkinci Qarabağ müharibəsi başa çatdı. Artıq hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. Ölkə başçısının Sərəncamı ilə 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunub. Eyni zamanda Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilib. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib”.
Aqil Məmmədov cənab Prezidentin çıxışında qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətinə də toxunduğunu bildirib: “Qonaqların diqqətinə çatdırılıb ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı icra olunur. Ermənistan işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndləri yerlə-yeksan edib. İndi isə bu torpaqlara həyat qayıdır. Bildirilib ki, “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq. Sözsüz ki, Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Eyni zamanda cənab Prezidenti tərəfindən bu il Azərbaycan COP29 konfransına ev sahibliyi edəcəyi və bununla bağlı görülən mühüm işlərdən də bəhs edilib. Qardaş türk dövlətlərinin liderləri ölkəmizdə keçiriləcək COP29 beynəlxalq tədbirinə dəvət edilib. Təbii ki, COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləyib. Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi naminə bütün imkanlarını səfərbər edəcək. Məhz Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşünün nəticəsi olaraq imzalanan Qarabağ Bəyannaməsi münasibətlərin bundan sonrakı inkişafı üçün mühüm yol xəritəsi, inkişaf trayektoriyası olacaq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar