Sizin Reklam Burada
Xəbər lenti
06-10-2024
05-10-2024
BÜTÜN XƏBƏRLƏR

Binəli Yıldırım İlham Əliyevə təşəkkür etdi

Tarix: 06-07-2024 16:20     Baxış: 477 A- / A+
Binəli Yıldırım İlham Əliyevə təşəkkür etdi
İşğal dövründə xarabazara çevrilmiş Şuşa azad ediləndən sonra ayağa qalxır. Buna görə Prezident İlham Əliyevə təşəkkür edirəm.

Manevr.az
-ın xəbərinə görə, bunu Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım bildirib.

Binəli Yıldırım qeyd edib ki, bu gün görüşün əsas mövzuları nəqliyyat əlaqələri, Orta Dəhliz və iqlim dəyişikliyinə qarşı mübarizədir: "Çinlə Avropa arasında 600 milyard dollarlıq ticarət dövriyyəsi var. Bu ticarət dövriyyəsinin çox cüzi qismi Orta Dəhliz üzərindən həyata keçirilir. Rusiya və Ukrayna müharibəsinə baxmayaraq, 600 milyard dollarlıq ticarət dövriyyəsinin əksər qismi Şimal Dəhlizi, 40 faizi Cənub Dəhlizi, yalnız 5 faizi Orta Dəhliz üzərindən həyata keçirilir. Bu məsələ ilə bağlı da Prezident İlham Əliyevə təşəkkür edirəm, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə liderlik etdi. Gürcüstanın dəmir yolu xəttinə məsafəli dayanmasına baxmayaraq, bu, aşıldı. Bakı-Tbilisi-Qars dəmir yolunun hazırda Orta Dəhlizin əsas mərhələlərindən birini təşkil edir. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının 1/3-nə ancaq çatılıb, 2030-cu ilə kimi bunu 11 milyon ton yükə çatdırmaq mümkündür”.

Binəli Yaldırım bir sıra bürokratik maneələrin aradan qaldırılması nəticəsində Orta Dəhlizin Şərqlə Qərb arasında ən əsas dəhlizə çevrilə biləcəyini vurğulayıb. O, bu istiqamətdə TDT Ağsaqqallar Şurası olaraq çalışa biləcəklərini nəzərə çatdırıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar