Xəbər lenti
İctimai nəqliyyatda güzəştlər tətbiq edilə bilər – Rəsmi
Bakıda nağdsız ödənişlərə keçid təmin olunduqdan sonra ictimai nəqliyyatda güzəştlərin və aylıq, illik ödənişlərin tətbiqi mümkün ola bilər.
Manevr.az xəbər verir ki, bu barədə report-a cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
“Müxtəlif əhali qrupları – tələbələr, təqaüdçülər və digər sosial qruplardan olan şəxslərə ictimai nəqliyyatda güzəştli gediş haqlarının, həmçinin illik və aylıq ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir.
Hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir”,- AYNA qeyd edir.
Bildirilib ki, Bakıda əksər avtobus marşrutlarında nağdsız ödəniş sistemi tətbiq edilir. Paytaxtda 2000-dən artıq avtobus istismar olunur. Bu avtobuslardan 1 824-də nağdsız ödəniş üçün avadanlıq quraşdırılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar