Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Funikulyorda gedişhaqqı artıb? - Rəsmi

Tarix: 02-07-2024 18:03     Baxış: 398 A- / A+
Funikulyorda gedişhaqqı artıb? - Rəsmi
Xəbər verdiyimiz kimi, iyul ayının 1-dən ictimai nəqliyyatda gedişhaqları artırılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən tariflər yenilənib, şəhərdaxili avtobuslarda və metro nəqliyyatında gediş haqqı 50 qəpik müəyyənləşib.
Paytaxtda Şəhidlər Xiyabanı ilə Dənizkənarı Milli Parkı ən qısa yolla birləşdirən nəqliyyat vasitəsi Bakı funikulyoru fəaliyyət göstərir.

Cəmi iki stansiya, "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" arasında gediş-gəlişi təmin edən, həmçinin, şəhərin gözəlliyini seyr etmək üçün istifadə edilən funikulyorda gedişhaqqı artıbmı? Ümumiyyətlə, xidmətə görə qiymətdə dəyişiklik gözlənilirmi?
Manevr.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən Bizim.Media-ya qiymətdə artım müşahidə olunmadığı bildirilib:
"Hazırda funikulyorda adambaşına gedişhaqqı 1 manatdır. Qiymətdə hər hansı dəyişikliyin olması isə qurumun səlahiyyətində deyil".
Qeyd edək ki, funikulyor 64 ildir fəaliyyət göstərir. Bir müddət pulsuz xidmət göstərən funikulyorun iki stansiyası var və onlar arasındakı məsafə 455 metrdir. Vaqonlararası interval 4 dəqiqədir. Funikulyor hər 10 dəqiqədən bir yola düşür.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar