Sizin Reklam Burada
Xəbər lenti
14-07-2025
13-07-2025
BÜTÜN XƏBƏRLƏR

Ağdərədə su anbarı tikiləcək

Tarix: 02-07-2024 16:21     Baxış: 3139 A- / A+

Təsdiq olunmuş köç planına əsasən Xocalı şəhəri, Kərkicahan qəsəbəsi və Malıbəyli kəndində, eləcə də Ağdərə rayonunun Umudlu kəndinə bu il ərzində ümumilikdə 228 ailənin yerləşdirilməsi nəzərdə tutulub.

Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov bildirmişdi.

Bəs, bu ərazilərə köçəcək vətəndaşların içməli su ilə təminatı necə olacaq?

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, ərazilərə köçəcək əhalinin içməli su ilə təminatında heç bir problem olmayacaq.

"Xocalı şəhərinin içməli su təminatında heç bir problem yoxdur. Əlavə subartezian quyusu qazılıb və əlavə olaraq Badara çayından 2.6 km məsafədə magistral su xətti çəkilib. Kərkicahan qəsəbəsinin də heç bir problemi yoxdur. Şəbəkənin qurulması Bakı Abadlıq Xidməti tərəfindən aparılır. Su mənbəyi və anbarı mövcuddur. Malıbəyli kəndində də içməli su ilə bağlı problem yoxdur.

Ağdərə rayonunun Umudlu kəndində də su mənbəyi var. Magistral su kəmərinin və anbarın tikintisi planlaşdırılır. Əhali köçənə qədər bu işlər tamamlanacaq. Qayıdış Planına əsasən ərazidə su problemi olmayacaq", - deyə qurumdan məlumat verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar