Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda məşhur restoran bağlandı - RƏSMİ

Tarix: 21-06-2024 15:48     Baxış: 499 A- / A+
Bakıda məşhur restoran bağlandı (RƏSMİ)
Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 74 ünvanında yerləşən "Organic” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb.

 
Manevr.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki, elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik xətləri yanar materialların üzəri ilə çəkilib, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib, yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu ilə tam təchiz edilməyib, obyektin zalında işıqlandırıcıların üzəri və ətrafında bəzək məqsədilə tezalışan plastik məmulatlardan istifadə olunub, giriş-çıxış yolları və otaqların divarları taxta materiallarla üzlənib və taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb.

Bundan başqa, qeyd edilib ki, obyekt "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmayıb, obyektdə Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan yenidənqurma işləri aparılıb.
 
"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 74 ünvanında yerləşən "Organic” restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - deyə məlumatda qeyd olunub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar