Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kamal Abdullanın oğlu işdən çıxarıldı

Tarix: 21-06-2024 13:40     Baxış: 399 A- / A+

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğlu, Ədliyyə Nazirliyinin idarələrindən birində rəis müavini vəzifəsində çalışan Mehdi Abdullayev işdən çıxarılıb.
Manevr.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, o, nazir Fərid Əhmədovun imzaladığı əmrlə sərəncama götürülüb.
Belə ki, Prezidentin 4 iyun 2024-cü il tarixli Fərmanı ilə nazirlikdə struktur dəyişikliyi həyata keçirilib.
Müvafiq dəyişikliklərə əsasən, Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti ləğv edilib. Xidmətin rəis müavini vəzifəsini tutan Mehdi Abdullayev tutduğu vəzifədən azad olunaraq, sərəncama götürülüb.
Qeyd edək ki, M.Abdullayev 2022-ci ilin iyul ayında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müşaviri vəzifəsindən azad olunaraq, sabiq ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə sözügedən vəzifəyə təyin edilmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar