Sizin Reklam Burada
Xəbər lenti
07-07-2024
06-07-2024
BÜTÜN XƏBƏRLƏR

Bu dəfə qaçıb qapıları bağlamağa yer yoxdur - Harmancı

Tarix: 20-06-2024 18:46     Baxış: 365 A- / A+


Sağlamlıq hər şey deyil, ancaq sağlamlıq olmadan da heç bir şey mümkün deyil. Bütün inkişaf səylərində sağlamlıq bir nömrəli prioritet olmalıdır.
Manevr.az APA-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Ofisinin rəhbəri Hande Harmancı "COP29-a aparan yol: Dayanıqlı və Davamlı gələcək" mövzusunda 29-cu ali səviyyəli toplantı çərçivəsində təşkil olunan panel müzakirəsi zamanı deyib.
“COVİD-19 bunu bizə çox yaxşı öyrətdi. Bizə elə böyük sarsıntı vurdu ki, çox primitiv bir hissi, yaşamaq instinktini işə saldı. Sərhədlərimizi bağladıq. Hökumətlərimizə, ÜST-yə, qonşularımıza qarşı getdikcə daha çox şübhəli yanaşdıq. BVF hesablamalarına görə, COVİD-19 bizə təxminən 14 trilyon dollar ziyan vurub. Təkcə bu ÜDM-in 9%-ni təşkil edirdi və biz institutlara qarşı etimadın itirilməsinin, hələ də davam edən ictimai iğtişaşların və çoxtərəfli qərarların qəbuluna təsirlərinin dəyərini hesablaya bilmirik.
İndi biz COP29 adlı başqa bir çoxtərəfli qərar qəbul etmə prosesinə hazırlaşırıq. Söhbət şübhəsiz ekzistensial problemdən, iqlim dəyişikliyindən gedir. Amma bu dəfə qaçıb qapıları bağlamağa yer yoxdur. Gedib yenidən həyata başlaya biləcəyimiz başqa planet yoxdur. Məsuliyyət götürmək və bununla bağlı addımlar atmaq gələcəkdə COVID-19 kimi pandemiyaların qarşısını almağın bir yoludur. Biz gələcəkdə daha çox çağırışlarla üzləşəcəyik, bu, qaçılmazdır. İnsanların həyatını xilas etmək, xərcləri azaltmaq və qlobal sülhə, inkişafa töhfə vermək üçün hökumətlər, ölkələr qüvvələrini birləşdirməlidir”, - Harmancı qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar