Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ev dustaqlığında olan general: "Dərmanı krem bilib, satdıq…"

Tarix: 20-06-2024 13:48     Baxış: 3117 A- / A+
Ev dustaqlığında olan general:
Xəbər verdiyimiz kimi, 42 ədəd avtomobili 22 min manata satan Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin Kommersiya şöbəsinin sabiq rəisi, gömrük polkovniki Xosrov Vahabzadəyə hökm oxunub. 

Manevr.az qaynarinfo-ya istinadən məlumatına görə, Xosrov Vahabzadənin məhkəməsində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan "Azərterminalkompleks” birliyinin sabiq direktoru gömrük general-mayoru Ehtiram Xəlilovda ifadə verib.

Məhkəmə iclasında şahid qismində dindirilmiş Ehtiram Xəlilov ifadəsində göstərib ki, 18 avqust 2018-ci il tarixdə Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks” Birliyinin direktoru vəzifəsinə təyin edilib və 2022-ci ilin iyun ayında vəzifədən azad olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində barəsində Cinayət Məcəlləsinin 308.2, 311.3.2 və 311.3.3-cü maddələri ilə cinayət işinin istintaqı aparılır, CM-nin qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və hazırda ev dustaqlığındadır. 

2021-ci ilin sonlarında Cavid Əliyev adlı şəxsin Dövlət Gömrük Komitəsinin rəhbərliyinə olan müraciətinə əsasən Birliyin anbarında saxlanılan 41 ədəd istismara yararsız və 1 ədəd istismara yararlı nəqliyyat vasitələri qiymətləndirmə baş tutduqdan sonra Birliyin Kommersiya şöbəsinin rəisi Xosrov Vahabzadə vasitəsi ilə həmin şəxsə satılıb. 

Avtomobillərə görə alınan pul vəsaiti Birliyin bank hesabına ödənilib. Həmin nəqliyyat vasitələrinin dövlət nəfinə keçirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olub-olmaması, hərracın hansı qaydada keçirilməsi, depozit hesaba pul vəsaitinin hansı qaydada ödənilməsindən məlumatı olmayıb, qeyd olunan məsələləri Xosrov Vahabzadə icra etməklə həmin məsələlərlə əlaqədar məsul şəxs olub. 

Nəqliyyat vasitələrinin satışından əldə olunan pul vəsaitindən ona hər hansı məbləğ təqdim olunmayıb. 


Ehtiram Xəlilov Xosrov Vahabzadə tərəfindən bazar qiyməti 6 manata olan (1 ədədi) "Xyla-P” adlı "Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsinin 2 manata satışından da danışıb:

"Bununla bağlı onu deyə bilərəm ki, həmin kremin dərman vasitəsi olduğunu bilməmişəm. Belə ki, "Azərterminalkompleks” dərman vasitələrinin satışını həyata keçirməyib, anbarda olan bütün dərmanlar müharibə vaxtı hərbi hissələrə göndərilib".

Ehtiram Xəlilov deyib ki, Xosrov Vahabzadəyə sözügedən dərman preaparatının krem bilib satışını həyata keçirilməsini özü göstəriş verib:

"Mənə də Dövlət Gömrük Komitəsinin rəhbərliyi (Həmin vaxt DGK-nın sədri general-polkovnik Səfər Mehdiyev olub-red.) göstəriş verdi. Mən də rəhbərliyin göstərişini təqsirləndirilən şəxs çatdıraraq həmin kremlərin kimə satılmalı olduğunu bildirdim. Bundan sonra bütün məsələlərlə təqsirləndirilən şəxs özü məşğul olub".

Qeyd edək ki, sözügedən dərmanlar "Capitals Auction” MMC-nin direktoru Tuqay Rəhimlinin şirkətinə satılıb. 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar