Sizin Reklam Burada
Xəbər lenti
30-06-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda işsizlərin sayı AÇIQLANDI

Tarix: 18-06-2024 11:03     Baxış: 453 A- / A+

2024-cü il iyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5269,4 min nəfər olub.
Manevr.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, onlardan 4982,8 min nəfərini məşğul əhali təşkil edib.
Bu il mayın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1749,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 897,0 min nəfər, qeyri-dövlət sektorunda isə 852,7 min nəfər təşkil edib.
İqtisadiyyatın neft-qaz sektorunda 31,8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1717,9 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,3 faizi emal sənayesində, 6,7 faizi tikintidə, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarma sənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 19,0 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi istirahət, əyləncə və incəsənət, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,0 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar