Sizin Reklam Burada
Xəbər lenti
27-09-2025
12:56
 
26-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərdə yaylaqları zəbt edən şəxsin qanunsuz əməllərinin qarşısı alınıb

Tarix: 18-06-2024 09:15     Baxış: 3159 A- / A+



Bəzi sosial şəbəkələrdə Kəlbəcər rayon sakini Rəşid Abbasov polis tərəfindən təzyiqə məruz qalması ilə bağlı hüquqi əsası olmayan iddialar yayılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Kəlbəcər rayon sakini R.Abbasov rayon ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilən yaylaq ərazilərinin qanunsuz olaraq zəbt etməsi və müxtəlif şəxslərə icarəyə verməsinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Bununla razılaşmayan şəxs özünü şəhid ailəsinin üzvü kimi təqdim etməklə torpaqları icrayə verməklə yanaşı, əraziyə müxtəlif şəxsləri qanunsuz fəaliyyətə təhrik etməklə onlara havadarlıq edib, qanunların ona xüsusi imtiyaz verdiyini bildirib. Onun qanunsuz hərəkətləri ilə bağlı daxil olan məlumatlar üzrə vətəndaş polis şöbəsinə dəvət edilib, ona hüquqi izahlar verilib, hüquq-mühafizə orqanlarında işləyən yaxın qohumları söhbətlər aparıblar, bu əməllərindən çəkinməsi tövsiyə edilib.
Dəfələrə edilən xəbərdarlıqlara, izahlara, tövsiyələrə baxmayaraq, R.Abbasov qanunsuz əməllərini gündəmə gətirməklə, polisin onunla bağlı qanuni tədbirlərini şəxsi mülahizələrlə şərh edir, şəhid ailəsinə təzyiq adı altında çaşqınlıq yaradan ictimai fikir yaratmağa cəhdlər edir.
Hazırda rayon polis şöbəsində R.Abbasovun hərəkətləri ilə bağlı araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq onun əməllərinə hüquqi qiymət veriləcəkdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar