Xəbər lenti
Azərbaycandakı sürət qatarıdırsa, Yaponiyadakı nədir?
Bəzən “sürətli” ilə “yüksək sürətli” qatar anlayışı səhv salınır. Amma fərqlidir. Azərbaycanda sürətli dəmir yollarıdır.
Manevr.az xəbər verir ki, bu sözləri Axar.az-a nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Azərbaycanda sürət qatarları və sürətli dəmir yolları haqda danışarkən deyib.
“Marşrut boyu sürəti 91 km/s-dən çox və marşrutun ən azı bir hissəsində maksimum sürət 141 km/s-dən çox, lakin 200 km/s-i aşmayan hədd sürətli dəmir yolu adlanır. Maksimum sürət 200 km/saatı keçərsə, belə bir xətt yüksək sürətli sayılır. Azərbaycanda isə sürət həddi 100-140 km/saatdır. Göründüyü kimi, maksimal sürət 140-dır və bu, sürətli dəmir yol hesab olunur. Yüksək sürətli üçün gərək yüksək də sərnişin axını olsun. O növ dəmir yolları ayrı olur. Orada yalnız sərnişin qatarları hərəkət edir, bizdə isə kombinə olunmuşdur, yük və sərnişin qatarı eyni yolda hərəkət edir”.
Ekspert bildirib ki, yüksək sürətli sərnişin daşımanın qiyməti də baha olur və indiki halda Azərbaycanda buna ehtiyac yoxdur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar