Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu deputatlar metro və avtobusdan istifadə edir - SİYAHI

Tarix: 15-06-2024 15:55     Baxış: 487 A- / A+

Bəzi sivil ölkələrdə dövlət rəsmiləri, nazirlər, deputatlar ictimai nəqliyyatdan çox sıx istifadə edirlər. Hətta işə velosipedlə gedib-gələn məmurlar belə var. Azərbaycanda isə hansısa məmurun ictimai nəqliyyatdan istifadəsinə nadir hallarda rast gəlinir.
Manevr.az bildirir ki, “report” ictimai nəqliyyatdan istifadə edib-etməmələri barədə deputatlar arasında sorğu keçirib.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc zərurət olduqda metrodan istifadə etdiyini, bu zaman gənclik illərini xatırladığını deyi
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Erkin Qədirli zaman-zaman sürət qatarından istifadə etdiyini bildirib: “Metrodan istifadə etmirəm. Ötən il sürət qatarı ilə Gəncə şəhərinə səfər etmişəm”.
Deputat qeyd edib ki, uzun zamandır metrodan istifadə etmir:
"Üç il əvvəl xüsusi tədbirdən sonra metroya daxil oldum. Tələbəlik illərimi xatırlayaraq bir neçə stansiya getdim. Mənə çox xoş oldu. Amma ölkə xaricində qatar və metrodan müntəzəm istifadə edirəm”.
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Müşfiq Cəfərov da sürət qatarından istifadə etdiyini qeyd edib: "Hətta hazırda qatarla Gəncəyə gedirəm”.
Parlamentin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev isə həm qatar, həm də metrodan istifadə edir: "İki həftə əvvəl Gəncə qatarından, keçən həftə isə metrodan istifadə etmişəm”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib ki, nadir hallarda qatar, yaxud metrodan istifadə edir: "Sonuncu dəfə nə vaxt mindiyimi xatırlamıram”.
Parlamentin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev Qazax və Gəncə istiqamətində sürət qatarlarından istifadə etdiyini bildirib: “Metro mənə uyğun olmadığı üçün nadir hallarda istifadə edirəm. Yaşadığım ünvan iş yerimə yaxındır. Avtomobillə saatlarla tıxacda qalmaqdansa, metrodan istifadə edərdim. Sürət qatarından isə Qazax və Gəncə şəhərlərinə səfər edərkən istifadə etmişəm. Qatarın rahat, komfortlu olması, ən əsası isə tez çatması məni məmnun etmişdi”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev vurğulayıb ki, qatardan istifadə etməyib: “Sonuncu dəfə aprel ayında metrodan istifadə etmişəm”.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Sabir Rüstəmxanlı isə müntəzəm olmasa da, həm qatar, həm də metrodan istifadə etdiyini deyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar