Xəbər lenti
15 İyun Milli Qurtuluş Günü və “Yaşıl dünya naminə həmrəylik” ili münasibətilə tədbir keçirildi
Bakı şəhər, İqtisadi İslahatların Təhlili və Kommunika Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar 15 İyun Milli Qurtuluş Günü və “Yaşıl dünya naminə həmrəylik” ili münasibətilə tədbir keçirilib.
Tədbirdə Millət vəkli Aqil Məmmədov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov, BDU-nin Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Ələmdar Cabbarlı, Baki şəhər 2 saylı Tələbə Poliklinikasının baş həkimi Xəqani Cəfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Cəfər Muxtarzadə, Kəlbəcərli ziyalılar, Ali təhsil məktəblərində təhsil alan Kəlbəcərli gənclər, Müxtəlif təşkilatlardan könüllü Gənclər iştirak ediblər.
İlk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Millət vəkli Aqil Məmmədov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov, BDU-nin Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Ələmdar Cabbarlı və digər natiqlər Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu gün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
Natiqlər bildiriblər ki, prezident İlham Əliyevin 25 dekabr 2023- cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Həmrəyliyə çağırış bir daha yaşadığımız mühitə qarşı diqqətli olmağa səsləyir, təbiətin qorunmasının vacibliyini yada salır, eyni zamanda məsuliyyətini qarşıya qoyur. Ətraf mühitin qorunması hər bir insanın fəaliyyətində vacib olduğunu vurğulayıblar. Gənclərimizə ölkəmizin çiçəklənməsində, ağac əkilmə aksiyalarında və bu sahələrdə ardıcıl işlərin aparılmasında aktiv iştirak etmələri tövsiyə olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar