Xəbər lenti
Parlament seçkiləri nə vaxt keçiriləcək? - MSK-dan açıqlama
Azərbaycanda növbəti parlament seçkiləri cari ilin sentyabrında keçirilə bilər.
Manevr.az bildirir ki, bu barədə Qaynarinfo-ya daxil olan məlumatda hətta seçkinin keçirləcəyi günün də müəyyənləşdirildiyi iddia edilir.
Bildirilir ki, seçki sentyabrın 8-də baş tuta bilər. Bəzi partiyaların artıq seçki hazırlığına başladığına dair məlumatlar da var. İddialara görə, partiyalarda namizəd olacaq şəxslərə bidirilib ki, sentyabra hazırlaşsınlar.
Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Mikayıl Rəhimov isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, təmsil etdiyi qurumda seçkilərin sentyabr ayında keçiriləcəyinə dair məlumat yoxdur. Bununla belə, o, MSK-nın parlament seçkilərinə tam hazır olduğunu deyib:
"Biz hər zaman seçkiyə hazırıq. Amma hələ MSK-da seçkinin nə vaxt keçiriləcəyinə dair məlumat yoxdur".
Bundan əvvəl parlament seçkilərinin 2025-ci ilin fevralında keçiriləcəyi barədə iddialar səsləndirilirdi. Mikayıl Rəhimov bu iddiaların əsassız olduğunu bildirib.
"Qanun parlament seçkilərinin gələn ilin fevral ayında keçirilməsinə imkan vermir. Konistitusiyaya görə, seçki ən geci bu ilin noyabr ayında keçirilməlidir", deyə o, vurğulayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar