Xəbər lenti
“Azərişıq” Füzulidə şagirdlərə maarifləndirici tədbir keçirdi
Azərişıq ASC-nin Mülki Müfadiə Qərargahı işğaldan azad edilən və doğma sakinlərinə qovuşan Füzulidə məktəb şagirdləri ilə ilk dəfə maarifləndirici tədbir keçirib.
Manevr.az xəbər verir ki, Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə təhsil alan 7-ci sinif şagirdləri təhlükəsizlik mövzusunda maarifləndirilib, onlara elektrik və mina təhlükəsizliyi ilə bağlı əməl olunmalı qaydalar izah olunub. Həmçinin, iştirakçılara mülki müdafiə sahəsində hazırlanan tədris vəsaitləri və maarifləndirici bukletlər təqdim edilib.
Sonda məktəblilər elektrik təhlükəsizlik qaydalarına əməl olunması məqsədilə bütün ölkəyə çağırış ediblər.
Qeyd edək ki, Azərişıq ASC Qarabağ və Şərqi Zəngəzurla yanaşı, ölkənin bütün regionlarında maarifləndirici tədbirlər və təlimlər həyata keçirir. Şagirdlərin təhlükəsizlik qaydalarına əməl etməsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar