Xəbər lenti
Hansısa arzum həyata keçəndə sənə o qədər ehtiyac duyuram ki…
Vüsal Ağa
Bu gün sənsizliyin 6-cı ili tamam olur, ata.
Bəzən insan əziz sandıği, dəyər verdiyi insanları itirməyə məcbur olur. Bu həyatın amansız hökmüdür və hər kəs bu hökmə tabedir. Amma itirdiyi əziz insanları yaşadır, unudulmağa qoymur insan. Həyatında, sənətində, yaradıcılığında yaşadır.
Mən sənin nəvazişindən heç vaxt doya bilmədim.
Bu dünyadan haqq dünyasına köç etdiyin o qara tarixdən bəri mən ömrümdə bir "dağ" gəzdirdim həmişə: ATASIZLIQ "DAĞI"
Səninlə axırıncı görüşümün son nidasıdır, bu cümlə. Hönkürüb ağladığım o anı hələ də unuda bilmirəm. Sən həmin anda son sözünü deyə bilmək uğrunda mücadilə edirdin. Çabalayır, danışmaq istəyirdin. Mən isə səhər evdən işə yollananları geri çağırmağa çalışır, təcili yardım soraqlayır, Allahdan yardım istəyirdim. Həkimlər sənə yardım göstərməyə çalışırdılar. Sən isə çabalayır, oyanmaq istəyirdin. Oyana bilmirdin halsız idin. Sanki əzrail ilə savaşırsanmış kimi əllərini havada yelləyirdin. Şəkərin çox yüksək idi. Bu balansı tənzimləməksə, artıq gec idi. Həkim şəkəri salmaq üçün iynə vursa da, bunun sənə heç bir köməyi olmadı. Mən isə gələn həkimlərə acizanə şəkildə yalvarır, – «nə olaaaar, kömək edin» deyirdim.
Kinolardakı kimi səni komadan çıxarmaq üçün taqətsiz əllərini ovucumun içinə aldım.
«Sən güclüsən, getmə, qayıt»,- «bax, mən burdayam, sənin çox istədiyin sevimli oğlun» – deyə səsləyirdim səni… Eşitdin məni. Reaksiya verdin. Ürəyimdə ümid qığılcımları alovlandı. Dedim: – qayıtdı.
Beləcə sübh vaxtı səhər 8 radələrində sən dünyanı dəyişib, bizi tərk etdin.
Mən artıq evdən çıxanda qardaşımın sənin yaxınlığına çəkdiyi «sərhədi» görəndə nə baş verdiyindən xəbərdar idim. Sadəcə sənin son gedişini izləməyə gücüm çatmadı.
Artıq sənin yoxluğunun 6 ili tamam olur. Sənsiz keçən bu 6 ildə həyətimizin hər tərəfi sənin üçün darıxıb. Bir də arzum, diləyim həyata keçəndə sənə o qədər ehtiyac duyuram ki… Axı, sən mənim hər arzuma sevinən ilk insan idin.
Bircə sualımıda cavabsız qoymazdın. Bizə qohumluğu çatan adamları müzakirə edirdik. Bəzən mənə kəndin əvvəlki mənzərəsini göstərir, kimin evi harda yerləşdiyindən söhbət açardın, bəzən də oxuduğun kitablardan bəhs edərdin. Şəhəri gəzməyə çıxardıq. Eh nə sözümüz bitirdi nə də söhbətimiz. Həmişə danışmağa mövzumuz olurdu. Artıq 6 (altı) ildi yoxsan. Yoxluğuna alışa bilmirəm ata. Sən getdin evin yetim qalıb, ocağın başsız qalıb ay ata.
Sən gedəli könlüm ata nəsihəti axtarır.
Evin yetim qalıb, ocağın başsız,
Qoydun getdin bizi vaxtsız zamansız,
Qalmışıq tək-tənha gücsüz əlacsız,
Həyatda yoxluğun ürək dağlayır.
Ata nəsihəti könlüm axtarır.
Nə yazıq ki, beləcə qızmar yay günündə qismətimizə ayrılıq da düşdü. Sən bu dünyadan köç etdin…
Bax o gündən qəlbimi Ata həsrəti dağlıyır. İçimi param parça edir ata. İçim sızlayır ata... Evimizin hər yeri, doğmaların, hətta tərk etdiyin şəhərin belə sənin həsrətini çəkir Ata. Bizi yıxan da elə ata həsrətidir...
Ata həsrəti..
Ruhum küsür şəklini hər görəndə,
İstəyirəm yeri-göyü titrədim.
Yeniyetmə bir cavansan, çöhrəndə
Yuva salıb dünya boyda həsrətim.
İllər bizi ayrı saldı əzəldən,
Rastlaşaydıq, kam alaydı ürəyim!
Sənsizliyi miras qoydun bizə sən,
Axı belə mirası mən neyləyim?
Bağışla məni, ata… Səni mən qoruya bilmədim.
Mən öyrəşmişdim, arxanca su atım və axşam tərəfi geri dönməyini gözləyim. Sən demə bu sonuncu gedişin imiş. Getdin və bir daha geri dönmədin. Mən isə hələ də yolunu gözləyirəm, amma xatirələrdə… Təsəllim də var… Bəlkə nə vaxtsa ya sən geri dönəcəksən, ya da ki, mən yanına gələcəm...
Atacan sən, fələyin amansız cəngindən xilas ola bilmədin.
Qohumun, qardaşın, dostun, hamının sevimlisi, əziziydin ata.
Sənin yoxluğuna alışmaq olmur ata.
Sənsiz çox çətindi... çox.
Yoxluğuna illər sonra da belə dözmək çox çətindir ata.
Qardaşların sənin kimi qüdrətli, mərd qardaşını, mənsə həyatımın ən böyük, məğrur zirvəsini, arxa dayağım olan atamı itirdim bu həyatda.
Mən həmişə fəxr etmişəm və bir ömür də fəxr edəcəm ki, mən məhz sənin oğlun Vüsalam.
Vüsal Böyükağa oğlu Ağayev.
Səndən danışmaqla bitməzki ey mənim şəxsiyyətli, mərd, təəssübkeş və dəyanətli atam. Adını, ruhunu və irsini həmişə uca tutacam.
Rahat uyu məzarında, ay ata.
Sən də unudulmayacaqsan.
Nə qədər ki, mən sağam, həyatımda, yaradıcılığımda yaşadacağam səni.
Məkanın cənnət, yerin behişt olsun atam.
Allah Sənə rəhmət etsin.
Ruhun şad olsun!

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar