Sizin Reklam Burada
Xəbər lenti
16-11-2026
15-11-2026
BÜTÜN XƏBƏRLƏR

Vadeful: Cənubi Qafqaz sülh və təhlükəsizliyin təmin olunması üçün tarixi dönüş nöqtəsindədir

Tarix: 17-11-2026 13:55     Baxış: 421 A- / A+


Almaniyanın xarici işlər naziri Yohann Vadeful Almaniyanın xarici işlər naziri Yohann Vadeful

Almaniya Cənubi Qafqazda sülh prosesini və regionda sabitliyin təmin olunmasını dəstəkləməyə hazırdır.
Manevr.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycana və Ermənistana səfəri öncəsi Almaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan bəyanatında bildirib.
“Cənubi Qafqaz dönüş nöqtəsindədir, nəhayət, onilliklər boyu davam edən müharibəni, zorakılığı və məcburi köçkünlüyü geridə qoymaq üçün tarixi imkan yaranıb. Uzun müddət ağlasığmaz görünən hadisələr artıq real perspektivə çevrilib. Cənubi Qafqazda sülh fürsətindən indi istifadə edilməlidir”, – nazir vurğulayıb.
Vadeful Azərbaycanla Ermənistan liderlərinin nümayiş etdirdikləri cəsarət və məsuliyyətin davamlı sülhə yol aça biləcəyini qeyd edib.
“Ötən il sülh müqaviləsinin paraflanması bu yolda mühüm mərhələ oldu. İndi əsas məsələ bu istiqamətdə qətiyyətlə irəliləməkdir. Bu, uzunmüddətli perspektivdə bütün region xalqları arasında qarşılıqlı etimadın formalaşmasına imkan yarada bilər”, – o bildirib.
Almaniya XİN rəhbərinin sözlərinə görə, sərhədin hər iki tərəfində yaşayan insanlar cəsarət və etimadın real nəticələrini hiss etməlidirlər. Bu, daha yüksək təhlükəsizlik, açıq nəqliyyat yolları, iqtisadi ümidlər yaradan və barışığa töhfə verən perspektiv deməkdir.
“Almaniya bu prosesdə Ermənistan və Azərbaycanın etibarlı tərəfdaşı və dostu kimi onların yanındadır”, – Vadeful əlavə edib.
Nazir ilk dəfə xarici işlər naziri qismində Bakı və İrəvana səfər etdiyini bildirərək, səfərin məqsədinin sülhə doğru atılan addımların necə dəstəklənə biləcəyini müzakirə etmək olduğunu qeyd edib.
O, Almaniyanın ötən il Azərbaycan və Ermənistanla münasibətlərini yeni strateji əsaslara keçirdiyini xatırladıb. Vadeful birgə razılaşdırılmış strateji gündəliyin indi konkret layihələrlə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
“Cənubi Qafqaz regionu Avropa ilə Asiya arasında tarixən mühüm qovşaq olub. Bu mövqe bu gün də ticarət, enerji tərəfdaşlıqları və yeni nəqliyyat əlaqələri üçün böyük potensial yaradır”.
Almaniya XİN rəhbəri bildirib ki, davamlı sülh və açıq sərhədlər təkcə region xalqları üçün deyil, bütövlükdə Avropanın qonşuluğunda təhlükəsizlik və sabitlik baxımından da faydalı olardı.
Qeyd edək ki, Yohann Vadeful noyabrın 17-də Azərbaycana, noyabrın 18-də isə Ermənistana səfər edəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar