Sizin Reklam Burada
Xəbər lenti
19-10-2025
18-10-2025
BÜTÜN XƏBƏRLƏR

Putinin partiyasından Asif Məmmədova inanılmaz jest

Tarix: 07-09-2025 20:17     Baxış: 3118 A- / A+


İllərdir Rusiya ərazisində Azərbaycan diaspor təşkilatlarının rəhbərləri müxtəlif təzyiqlərə, həbs və deportasiyalara məruz qalırdı.
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, ancaq ilk dəfə olaraq tam əksinə bir fakt qeydə alınıb: İvanovo vilayəti Azərbaycan diasporunun rəhbəri Asif Abilfət oğlu Məmmədov Vahid Rusiya Partiyasının siyahısı ilə deputatlığa namizəd göstərilib.
Məlumata görə, 14 sentyabr 2025-ci ildə İvanovo vilayətində bələdiyyə seçkiləri keçiriləcək. Artıq may ayında “Vahid Rusiya” öz praymeriz seçkilərini keçirərək siyahıları təsdiqləyib. Həmin siyahıda Asif Məmmədovun adı rəsmi olaraq yerləşdirilib və bu, demək olar ki, mandatın təmin olunması anlamına gəlir.
Namizəd kartında Məmmədovun iş yeri “Revis” ASC göstərilib. Şirkətin fəaliyyəti faktiki olaraq dayanmış görünsə də, Məmmədov həm “Vendor” MMC, həm də “Titul-M” MMC şirkətlərinin direktoru kimi qeyd olunur. Bundan əlavə, o, İvanovo vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti İctimai Təşkilatına rəhbərlik edir.
Beləliklə, yalnız bir həftə sonra İvanovo vilayətində Azərbaycan diasporunun rəhbəri deputat mandatı qazanacaq.
Bu hadisə həm Rusiya-Azərbaycan münasibətlərinin, həm də diasporun statusunun gələcək gedişatında mühüm dönüş kimi də dəyərləndirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar