Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın yeni hücumu: Ukrayna Baş nazirindən sərt xəbərdarlıq

Tarix: 07-09-2025 15:56     Baxış: 3127 A- / A+



Sentyabrın 7-nə keçən gecə Rusiyanın hava zərbələri Ukraynanın Kiyev, Odessa, Dnepr, Krivoy Roq və digər şəhərlərini atəşə tutub.
Manevr.az xəbər verir ki, Ukrayna Baş naziri Yuliya Sviridenko "Telegram" kanalında verdiyi açıqlamada, müharibənin başlanmasından bəri ilk dəfə olaraq hökumət binasının hücum nəticəsində zədələndiyini bildirib.
"Dam və yuxarı mərtəbələr zədələnib, xilasedicilər yanğını söndürür. Onların fədakarlığına görə minnətdarıq. Binaları yenidən bərpa edəcəyik, ancaq itirilən həyatları geri gətirmək mümkün deyil. Düşmən ölkə ərazisində insanlarımızı terror altında saxlayır və öldürür", - Sviridenko vurğulayıb.
Baş nazir həmçinin əlavə edib ki, dünya bu dağıntılara sadəcə sözlə reaksiya verməklə kifayətlənməməli, praktiki addımlar atmalıdır. Rusiyaya qarşı sanksiyalar sərtləşdirilməli, Ukraynaya isə həyat qurtaran silah dəstəyi verilməlidir.
"Ən vacibi Ukraynaya lazımi silahlar çatdırılmalıdır. Bu, terrorun dayandırılması və düşmənin ukraynalılara qarşı növbəti hücumlarının qarşısını almaq üçün yeganə yoldur", - deyə o bildirib.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar