Çin 3 Sentyabr Qələbə Günü münasibətilə möhtəşəm hərbi parad təşkil edib. İkinci Dünya Müharibəsində Yaponiyaya qarşı qazanılan qələbənin ildönümündə keçirilən tədbirə 20-dən çox ölkə lideri qatılıb.
Təntənəli mərasimdə Çin lideri Si Cinpin, Rusiya prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen In, Myanmar rəhbəri Min Aun Hlayn, İran prezidenti Məsud Pezeşkiyan, Ermənistan baş naziri Nikol Paşinyan və digər yüksək səviyyəli qonaqlar iştirak ediblər. Azərbaycanın da yer aldığı tədbirdə Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edib.
Çin, Rusiya və Şimali Koreya liderlərinin 66 ildən sonra ilk dəfə eyni tədbirdə bir araya gəlməsi Qərbə qarşı verilən "birləşmə mesajı" kimi qiymətləndirilib.
Ancaq paradda ən çox diqqət çəkən məqam Si Cinpin ilə Vladimir Putin arasında baş verən söhbət olub. İki liderin dialoqu belə qeydə alınıb:
Si Cinpin: "Əvvəllər insanlar nadir hallarda 70 yaşına qədər yaşayırdı. İndi 70 yaşına çatan adam hələ də uşaq kimi qalır."
Vladimir Putin: "Biotexnologiya ilə orqanlar sonsuzadək dəyişdirilə bilər. Hətta ölümsüzlüyə çatmaq mümkündür."
Si Cinpin: "Bu əsrdə insanların 150 yaşına qədər yaşaya biləcəyini irəli sürənlər var."
Bu dialoq paradın ən çox müzakirə olunan hadisəsinə çevrilib və beynəlxalq mediada geniş rezonans doğurub.milli.az
 Xəbər lenti 
					
 
		Putin və Si Cinpin arasında diqqətçəkən “ölümsüzlük” dialoqu

Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















