Xəbər lenti
Qarabağda terror yuvası DAĞILIR - Laçın 14 gün sonra...
Laçın dəhlizinə alternativ yolun Azərbaycan hissəsinin artıq hazır olması Laçındakı ermənilərin şəhəri, eləcə də Zabux və Susu tərk etmələri üçün görülən işlərin son mərhələsinin də yekunlaşmaq üzrə olduğundan xəbər verir.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasındakı bu ermənilərinin xahişi ilə Azərbaycan tərəfi Ermənistana vaxt vermişdi ki, bu ilin avqust ayının sonuna qədər Laçın şəhəri, Zabux və Sus kəndlərini boşaldaraq geri qaytarılsın. Lakin görünür ermənilər Azərbaycanın humanistliyindən yenə məkrli planlarını həyata keçirmək, mümkün qədər Azərbaycana çox ziyan vurmaqla ərazini tərk etmək məqsədilə məhz bu zamanı rəsmi Bakıdan istəyiblər.
Təbii ki, 1992-ci ilin mayında, Birinci Qarabağ müharibəsinin əvvəllərində, Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri və separatçı Qondarma rejimin qeyri-qanuni silahlı dəstələri tərəfindən Laçının işğalından sonra eyforiyaya qapılan ermənilər 44 günlük müharibəyə kimi daim bu yerlərdə yaşayacaqlarını, Qarabağın yeni sahibi olduqlarına hər dəqiqə özlərini inandırsalar da, Azərbaycan ordusunun Dəmir yumruğu nəticəsində böyük və ağır zərbə aldıqları hər gün daha çox hiss edilir. Bu, xüsusən də bu cür həssas məqamlarda ön plana çıxır.
Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan Laçın rayonunda işğal ərəfəsində 60 min nəfərə yaxın azərbaycanlı və kürd yaşayırdı. Lakin 30 il əvvəl erməni daşnaqları tərəfindən işğal edilən Laçın şəhəri yağmalanaraq yandırılır. Şəhərin 8 minə yaxın əhalisi isə qaçqın düşür.
İş orasındadır ki, Laçının işğalı beynəlxalq ictimaiyyət tərəfindən sərt reaksiyaya səbəb olmur. Erməni diplomatları Laçını Qarabağ ermənilərinin blokadadan çıxması üçün zəruri olan bir humanitar dəhliz kimi təqdim edirdilər. Laçın dəhlizinin açılması Ermənistan ordusunun müharibə illərindəki ən böyük nailiyyətlərindən birinə çevrilir, çünki bu dəhlizdən gələn dəstəklər nəticəsində "Dağlıq Qarabağdakı" ermənilərin hərbi imkanları dəfələrlə artmışdı. Laçını Qarabağ ermənilərinin blokadadan çıxması üçün zəruri bir humanitar dəhliz gözündə görən ermənilər üçün bu ayın sonunda bütün ümidlərinin üstündən xətt çəkilir. Amma Azərbaycan Ermənistandan fərqli olaraq ermənilərə Qarabağda, xüsusilə də Laçında qalıb yaşamaqları üçün qaydaları açıqladı.
Bu barədə rəsmi Bakının kəskin mövqeyi ilə bağlı Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində də yenidən xüsusi yer verdi: "Əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur".
Bu gün 30 il əvvəlki hadisələrin əksinə olaraq Azərbaycan bütün beynəlxalq hüquq prinsipləri əsasında həm hərb meydanında, həm də diplomatik cəhətdən Ermənistan tərəfini məcbur edir ki, vaxtilə işğala məruz qoyduğu bu əraziləri tərk etsin. Ermənilərin bundan başqa çıxış yolu qalmayıb.
Amma 10 noyabr üçtərəfli bəyanatından irəli gələrək Laçını tərk etməyə hazırlaşan ermənilər Azərbaycanın onlar üçün yaratdığı fürsətdən, verdiyi möhlətdən Kəlbəcərdə törətdikləri barbarlığı indi də Laçında təkrarlamaq məqsədilə istifadə etməkləri ilə diqqət mərkəzinə düşdülər.
İlyarım öncə Kələbəcəri tərk edən ermənilər bütün bölgəyə öz mənfur xislətlərini yansıdıblar. Eyni zamanda onlar Azərbaycanın humanistliyindən istifadə edərək bölgəni minalamaqla iç üzlərini bir daha bütün dünyaya göstərdilər.
Evlərə, meşələrə od vuran ermənilər ümumilikdə türklərə qarşı patoloji nifrətlərini növbəti dəfə qənşərə vurdular. Qəbiristanlıqları talamaqdan da əl çəkməyən, nifrət nitqi zəminində böyüyən, tərbiyə alan ermənilər hələ də revanşizm ideologiyasına sadiq olduqlarını açıq şəkildə nümayiş etdirirlər.
Məzarlıqlar bir toplumun yaşadığı yerə aid olmasını sübut edən məqamlardır. Adətən dünyasın dəyişən şəxslər onlardan əvvəl dədə-babaları dəfn edilən məzarlıqlarda basdırılır. Ermənilər də əslində o məzarlıqları dağıtmaqla iddia etdikləri, güya onlara aid olan torpaqlardan azərbaycanlıların izini silməklə, özlərindən sonra orada barmaqla sayılacaq sayda məzarlıq saxlamaqla tarixi saxatalaşdırmağın yeni bir mərhələsinə start veriblər.
Paradoksal qərarlarından biri isə özlərinə məxsus qəbirləri qazıb yaxınlarının sümüklərini çıxararaq özləri ilə Laçından aparmaq məsələsidir. Əslində ermənilər bu addımla bir məsələni təsdiqləmiş olurlar: Azərbaycanlılar vətənlərinə, dədə-baba yurdlarına əbədi qayıdır.
Ermənistan tərəfində bu cür neqativ halları dəstəkləyən kütlənin mövcudluğu isə təəssüf doğurmaya bilməz. Onlar da çox ciddi şəkildə, illərdir dəyişməyən ritorikalarına uyğun olaraq davranırlar və nə qədər marginal qrupları təmsil etsələr də, sayları kifayət qədərdir. Bu faktın özü də bir daha deməyə əsas verir ki, erməni "çulun dəyişsə də xasiyyətin dəyişən deyil".
Zabuğ və Susun boşaldılması fonunda neqativ tendensiyalar deməyə əsas verir ki, bundan sonra əsrlər də keçsə erməni nə xislətini dəyişəndir, nə də niyyətini. Erməninin niyyəti isə tarixin müxtəlif dövrlərində özünü çılpaqlığı ilə göstərdiyi kimi bu gün də özünü açıq şəkildə büruzə verir. Amma revanşistlər, rəsmi İrəvan və havadarları bilməlidirlər ki, qanunsuz məskunlaşmış ermənilər mütləq şəkildə Azərbaycan torpaqlarını tərk etməlidir.
İlham Əliyev bu məsələ ilə bağlı rəsmi Bakının mövqeyini çox açıq şəkildə son müsahibəsində belə ifadə etdi: "Avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun böyük fərq etmir. Eyni zamanda, Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər ki, Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolu da Azərbaycan tiksin. Ona da biz razılaşdıq. Amma əlbəttə ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz".
Bakı mövqeyində qətiyyətli və qərarlıdır. Məqsəd isə bəs-bəllidir. Hətta dövlət başçısı elə həmin vaxt Azərbaycanın planları barədə də Ermənistana böyük mesaj verdi: "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq".
Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Rəsmi Bakı istə alternativ yolun tikintisinin yekunlaşdırılması məsələsi ilə bağlı, istərsə də digər addımlarını bu öhdəliklər əsasında atır. Görünən isə budur ki, Ermənistan yenə də fitnəkarlıqla məşğuldur.
Ermənistan tərəfi başa düşməlidir ki, vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya il yarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər. Çünki artıq zaman Azərbaycanın lehinə işləyir./Milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar