Xəbər lenti
“Azərbaycan öz ərazisində antiterror əməliyyatları keçirəcək” - Başqa yolu YOXDUR!
Son bir həftədə Ermənistan tərəfindən Azərbaycanla sərhəddə silahlı təxribatlar həyata keçirilir. Düşmən Laçın və Kəlbəcər istiqamətində atəş açıb. Qarşı tərəf Azərbaycan Ordusu tərəfindən susdurulub və vəziyyətə Azərbaycan Silahlı Qüvvələri nəzarət edir. Eyni zamanda, Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdəki erməni terrorçu silahlı birləşmələri də Azərbaycanın hərbi mövqelərinə atəş açıb.
Analitiklər bildirirlər ki, ərazilərimizdən terrorçuların təmizlənməməsi, sülh müqaviləsinin imzalanmasından rəsmi İrəvanın boyun qaçırması bölgədə yenidən hərbi gərginliyin artmasına, münaqişənin alovlanmasına gətirib çıxara bilər.
Manevr.az-n məlumatına görə, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli AYNA-ya müsahibəsində bildirib ki, Ermənistan tərəfindən və Qarabağdakı terrorçular tərəfindən atəş açılması iki vacib detala söykənir:
- Bu detallardan biri yeni Laçın yolunun açılmasına az qalmasıdır. Azərbaycan Prezidentinin Laçın dəhlizinə alternativ yolla bağlı göstərişi olacaq. Azərbaycan tərəfi Şuşa ətrafından keçən yollar məsələsini gündəmə gətirəcək. Daha sonra müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının məsuliyyət zonasına aid olan ərazilərdə ciddi dəyişikliklər baş verəcək. Onların məsuliyyət zonası dəyişdiriləcək. Alternativ yolun açılması Azərbaycanın bölgədə daha bir sıra yüksəkliklərə nəzarəti ələ keçirməsi anlamına gəlir.
Digər tərəfdən, Azərbaycan Prezidenti ilin altı ayının yekunları ilə bağlı müşavirədə bir sıra açıqlamalar verdi. Açıq şəkildə bildirdi ki, Ermənistan tərəfi 10 noyabr Üçtərəfli Birgə Bəyanatda üzərinə götürdüyü öhdəliklərə niyə əməl etmədiyini bildirsin. Yəni İrəvan bunun adını qoymalıdır. Buna əsasən də Azərbaycan Qarabağdakı qeyri-qanuni erməni silahlıları ilə bağlı hansı addımlar atacağını müəyyənləşdirməlidir.
Prezidentin bu açıqlamasından iki nəticə ortaya çıxır: birincisi, faktiki olaraq, Azərbaycana Rusiya və İran tərəfindən böyük təhdid və təzyiqlər var. İkincisi, Azərbaycan hərbi niyyətini açıq-aşkar ortaya qoydu. Ən yüksək səviyyədə bəyan edildi ki, Üçtərəfli Birgə Bəyanatda İrəvan öhdəsinə götürdüyü bəndlərin icrasını həyata keçirməsə, o zaman hərbi variant işə düşəcək.
Hərbi əməliyyatlar məsələsinin gündəmə gəlməsi ehtimalının artdığını görən Ermənistandan dərhal cavab gəldi ki, sentyabr ayınadək Qarabağdakı əsgərlərini bölgədən çıxaracaqlar. Amma paralel olaraq Azərbaycan tərəfinə atəş açmağa başladılar. Hesab edirəm ki, bununla Qarabağdakı erməni terrorçuları prosesi şantaj etməyə cəhd göstərirlər. Eyni zamanda, bu, Laçın dəhlizinə alternativ yolun açılması ilə bağlı Azərbaycanın ortaya qoyduğu iradəyə Rusiyanın müdaxilə cəhdidir. Rusiya erməni terrorçuları vasitəsilə yeni yolun açılışını tormozlamaq istəyir. Bu baxımdan, atəşkəsin pozulmasını Rusiya tərəfinin və terrorçu qruplaşmaların reaksiyası kimi qiymətləndirmək olar.
- Dediklərinizdən belə anlaşılır ki, hərbi qarşıdurma labüddür...
- Təəssüf ki, gərginliyin baş vermə ehtimalı çox yüksəkdir. Belə proqnozlaşdırırıq ki, Azərbaycan tərəfi Qarabağda iki formada hərbi əməliyyatlar keçirməkdə maraqlıdır: Bunun birincisi antiterror əməliyyatlarıdır. Azərbaycan öz ərazisində antiterror əməliyyatları keçirə bilər və böyük ehtimalla, bu, baş verəcək. Eyni zamanda, Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın öhdəliklərini yerinə yetirməsinə məcburetmə əməliyyatı da mümkündür. Zəngəzur dəhlizi boyunca Azərbaycan hərbi əməliyyatlar apara bilər. Bunun üçün Üçtərəfli Birgə Bəyanat geniş meydan açır.
Amma bunu Azərbaycan hansı formada edəcək, bir qədər suallar yaradır. Türkiyə ilə birgə hansı addımlar atıla bilər? Çünki Azərbaycanla Ermənistan arasında hərbi toqquşma bölgədə fərqli müharibə ssenarilərinə gətirib çıxara bilər. Çünki burada böyük güclərin – ABŞ, Fransa, Rusiya, Türkiyə, İran kimi ölkələrin maraqları meydana çıxır. Hazırda regional siyasi müstəvidə münasibətlər 2020-ci ilə nisbətdə daha gərgin və həssasdır. Ona görə də gərək ki, addımlar ölçülü-biçili atılsın.
- Rusiya sülhməramlılarının erməni terrorçularının addımlarına susqun yanaşması nəyin göstəricisidir?
- Rusiya tərəfinin susqunluğu onu göstərir ki, atəşin açılması məhz onların özlərinin planıdır. Necə ola bilər ki, terrorçular atəş açırlar və ruslar bunu görmürlər?! Əksinə, Rusiya sülhməramlıları bölgədə qalan erməni terror qruplaşmalarının fəaliyyət göstərməsinə şərait yaradır, onlara hərtərəfli şəkildə yardımlar edirlər. Azərbaycan tərəfi Rusiya sülhməramlılarına aid avtomobil karvanını saxlayır, içərisindən silahlar çıxır - hansı ki, bu silahlar terrorçulara aparılırdı.
Rusiya faktiki olaraq, terrorçular vasitəsilə siyasi manipulyasiya edir, Azərbaycana bundan təzyiq vasitəsi kimi istifadə edir. Buna son qoyulmalıdır. Antiterror əməliyyatlarına gəlincə, Azərbaycan istənilən vaxt ərazilərindəki terrorçu ünsürləri zərərsizləşdirə bilər. Bunun üçün kimsədən icazə istənilməyəcək.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar