Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
16-04-2026
BÜTÜN XƏBƏRLƏR

Kakaonun beyinə gözlənilməz təsiri tapılıb

Tarix: 07-03-2026 20:11     Baxış: 367 A- / A+


Yaponiyanın Vaseda Universitetinin alimi Hayato Tsukamotonun rəhbərlik etdiyi tədqiqat qrupu müəyyən edib ki, flavanollarla zəngin kakaonun bir dozasının qəbulu intensiv fiziki yüklənmə zamanı reaksiya sürətini və qərar qəbuletmə qabiliyyətini yaxşılaşdıra bilər.
Manevr.az xəbər verir ki, tədqiqatın nəticələri “Psychopharmacology” jurnalında dərc olunub.
Tədqiqatçılar koqnitiv yorğunluğun idman nəticələrinə necə təsir etdiyini və qida maddələrinin fiziki yüklənmə zamanı zehni funksiyaları qoruyub-qoruya bilməyəcəyini araşdırıblar. Alimlər əsas diqqəti beynin konsentrasiya, impulslara nəzarət və qərar qəbuluna cavabdeh olan icraedici funksiyalara yönəldiblər. Məhz bu sistem futbol və ya basketbol kimi oyunlarda idmançıların baş verənlərə sürətlə reaksiya verməsinə kömək edir.
Uzunmüddətli zehni fəaliyyət koqnitiv yorğunluğa səbəb olur. Bu isə reaksiyanın ləngiməsinə və səhvlərin artmasına gətirib çıxarır. Fiziki yüklənmələr bu təsiri daha da gücləndirə bilər.
Alimlər təbii maddələrin bu vəziyyətdə kömək edib-etmədiyini müəyyənləşdirmək üçün kakao ağacının toxumlarında olan flavanolları araşdırıblar. Bu maddələr antioksidant xüsusiyyətlərə malikdir və əvvəllər də zehni yorğunluğun azalması ilə əlaqəsinin olduğu müəyyən edilmişdi.
Eksperimentdə təxminən 20 yaşlı 18 sağlam kişi iştirak edib. Onların hər biri iki sınaqdan keçib. Bir gün iştirakçılar 500 milliqram kakao flavanolu olan kapsul qəbul edib, digər gün isə minimal dozalı (50 milliqram) kapsul qəbul ediblər. Bu kapsul plasebo kimi istifadə olunub. İştirakçıların hansı variantı qəbul etdiyini bilməməsi üçün kapsullar eyni görünüşdə hazırlanıb.
Əlavənin qəbulundan bir saat sonra iştirakçılar koqnitiv qabiliyyətləri ölçən testi yerinə yetiriblər. Test zamanı sözün mənasına məhəl qoymadan mətnin rəngini müəyyənləşdirmək tələb olunurdu. Bu isə avtomatik reaksiyanın qarşısını almağı tələb edir. Daha sonra iştirakçılar 50 dəqiqə ərzində velotrenajorun pedalını fırladıblar və eyni zamanda həmin testi yerinə yetirməyə davam ediblər. Fiziki və zehni yüklənmənin bu kombinasiyası güclü koqnitiv yorğunluq yaratmalı idi.
Nəticələr göstərib ki, yüksək dozada flavanol qəbul edən iştirakçılar mürəkkəb tapşırıqlara daha sürətli reaksiya verib və yanlış impulsları daha yaxşı nəzarətdə saxlayıblar. Bu effekt intensiv fiziki yüklənmə zamanı da qorunub.
Eyni zamanda iştirakçılar plasebo qəbul etdikləri vaxt olduğu kimi eyni səviyyədə yorğunluq hiss etdiklərini bildiriblər. Başqa sözlə, onların subyektiv hissləri dəyişməsə də, beynin fəaliyyəti daha səmərəli olub.
Tədqiqatçılar ehtimal edirlər ki, flavanollar beyində qan dövranını yaxşılaşdıra bilər. Bu isə hərəkət və qərar qəbuluna cavabdeh olan beyin sahələrinin oksigenlə daha yaxşı təmin olunmasına kömək edir, həmçinin fiziki və zehni yüklənmə zamanı mühüm rol oynayır.//Azərtac

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar