Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda tibb təhsili 5 ilə salınır?

Tarix: 03-03-2026 14:52     Baxış: 487 A- / A+

Azərbaycanda həkimlik ixtisası üzrə təhsil müddətinin 6 ildən 5 ilə endirilməsi məsələsi hazırda gündəmdə geniş müzakirə olunmasa da, mövzu zaman-zaman aktuallaşır.
Manevr.az xəbər verir ki, konkret.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, Azərbaycan tibb təhsilinin Qərb standartlarına uyğunlaşdırılması istiqamətində artıq müəyyən addımlar atılıb. Onun sözlərinə görə, bakalavr sisteminin və rezidenturanın tətbiqi, eləcə də tədrisin Qərb təhsil modelinə adaptasiyası bu istiqamətdə görülən işlər sırasındadır.
"Bunun üçün ilk növbədə baza hazırlanmalıdır. Əvvəl nəzəri, sonra isə klinik fənlərin öyrədilməsi sistemi sıxlaşdırılmalı, dərs saatları intensivləşdirilməli və yeni struktur formalaşdırılmalıdır. Əgər belə bir zərurət varsa, universitet daxilində tibb təhsilinin bütün metodologiyasına yenidən baxılmalıdır. Amma düşünürəm ki, bu, o qədər də aktual məsələ deyil".

A.Qeybulla vurğulayıb ki, əsas diqqət formal dəyişikliklərə deyil, real nəticə verən addımlara yönəldilməlidir.

"Əsas problem tədris üçün yetərli şəraitin yaradılmasıdır. Xüsusilə, tələbələrin klinik bilik və bacarıqlarının artırılması üçün tədris-terapiya və tədris-cərrahiyyə kafedralarında xəstə axınının icbari tibbi sığorta sistemi vasitəsilə təmin olunması vacibdir".

Professor beynəlxalq təcrübəyə də toxunaraq Almaniya modelini nümunə göstərib. Onun sözlərinə görə, Almaniyada tibb təhsili 6 il 3 ay davam edir. Bu müddətin 2 ili klinikaya qədər nəzəri fənlərə, 3 ili klinik fənlərə, 1 ili isə praktikaya ayrılır. Bundan sonra isə 5-6 il davam edən rezidentura mərhələsi başlayır.

"Beləliklə, Almaniyada bir həkimin tam hazırlanması üçün, rezidentura daxil olmaqla, ümumilikdə 12-13 il vaxt tələb olunur. Azərbaycanda da əsas prioritet tibb təhsilinin keyfiyyətinin artırılması, tələbələrin praktik vərdişlərinin gücləndirilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi olmalıdır. Təhsil müddətinin azaldılması isə yalnız kompleks və əsaslandırılmış islahatlar çərçivəsində müzakirə oluna bilər", - deyə professor əlavə edib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar