Sizin Reklam Burada
Xəbər lenti
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Kişilərdə ürək problemləri 30 yaşlarında başlayır - XƏBƏRDARLIQ

Tarix: 01-02-2026 16:13     Baxış: 424 A- / A+
Kişilərdə ürək problemləri 30 yaşlarında başlayır - XƏBƏRDARLIQ
Koroner ürək xəstəliyi kişilərdə daha erkən baş verir
Kişilər qadınlara nisbətən illər əvvəl ürək-damar xəstəlikləri riski ilə üzləşə bilərlər. 
Manevr.az xəbər verir ki, tədqiqatçılar kişilərdə koroner ürək xəstəliyinin 30 yaşlarının ortalarında inkişaf etməyə başladığını aşkar ediblər.
Araşdırma zamanı 1980-ci illərin ortalarından 2020-ci ilə qədər gənclərdə koronar arteriya xəstəliyi riskinin inkişafını araşdıran bir layihənin bir hissəsi olaraq 18-30 yaş arası 5000-dən çox yetkinin məlumatlarını təhlil edib. Nəticələr göstərib ki, kişilərdə infarkt, insult və ürək çatışmazlığı da daxil olmaqla ürək-damar hadisələrinin tezliyi təxminən 50 yaşa qədər 5 faiz-ə çatıb, qadınlarda isə bu rəqəm 57 yaşında müşahidə olunub.
Bu fərqin əsas səbəbi ürək əzələsini təmin edən qan damarlarının daralması və ya tıxanması ilə əlaqəli koronar arteriya xəstəliyi olub. Kişilərdə bu göstərici qadınlara nisbətən on ildən çox əvvəl 2 faizə çatıb. Kişilərdə risk 35 yaş ətrafında daha sürətlə artmağa başlayıb və orta yaş dövründə yüksək olaraq qalıb. Sonuncu müşahidə zamanı bütün tədqiqat iştirakçıları 65 yaşdan kiçik olublar.
Yalnız xolesterol və ya qan təzyiqi kimi standart göstəriciləri deyil, həm də geniş bioloji və sosial amilləri nəzərə almaq vacibdir. Kardioloq Endryu Frimen kişilərin infarkt və insult keçirdiyini və hormonal fərqlərin, pəhrizin, fiziki aktivliyin və həyat tərzi amillərinin buna səbəb ola biləcəyini qeyd edib.
Frimen həmçinin ürək problemlərinin qarşısını almaq üçün beş əsas addımı tövsiyə edir:
• toksinlərə (spirtli içki, tütün məhsulları, marixuana, nikotin, hava çirkliliyi) məruz qalmanı məhdudlaşdırın; 
• əsasən az kalorili, tam taxıl bitki mənşəli qidalar yeyin;
• mütəmadi olaraq idman edin (gündə 20-30 dəqiqə);
• stressin azaldılması və diqqətlilik texnikalarını tətbiq edin;
• kifayət qədər, fasiləsiz yuxu əldə edin və dostlarınız və ailənizdən ibarət dəstəkləyici şəbəkə yaradın.(lent.az)



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar