Sizin Reklam Burada
Xəbər lenti
30-01-2026
29-01-2026
BÜTÜN XƏBƏRLƏR

Hansı iş növü stres səviyyəsini daha çox artırır?

Tarix: 30-01-2026 09:08     Baxış: 332 A- / A+
İnsanın öz işi ilə məşğul olması stresin yığılmasını sürətləndirir - bu cür çalışan şəxslərdə altı il ərzində stres səviyyəsi muzdlu işçilərlə müqayisədə 24% artıb.
Manevr.az xəbər verir ki, bu qənaətə ABŞ-nin Notr-Dam Universitetinin alimləri gəliblər.
Tədqiqatın nəticələri "Journal of Business Venturing" (JBV) jurnalında dərc olunub.
Sağlamlıq vəziyyətində və stres səviyyəsində baş verən subyektiv və kimyəvi dəyişikliklər, o cümlədən kortizol səviyyəsi müqayisə edilib. Kortizol fiziki və ya emosional yüklənməyə cavab olaraq böyrəküstü vəzilərin qabıq qatında sintez olunan hormondur.
Nəticələr göstərib ki, özünüməşğulluğa keçən şəxslərdə stres səviyyəsi altı il ərzində orta hesabla 24% artıb. Bundan əlavə, "özünə işləyən" insanlarda gün ərzində ümumilikdə kortizol səviyyəsi daha yüksək olub. Alimlərin sözlərinə görə, bu, stres yaradan amillərin daha tez-tez təsir göstərdiyini göstərir.
Tədqiqatçılar vurğulayıblar ki, bu dəyişikliklərin səbəbləri arasında iş vaxtının uzanması, normallaşdırılmamış iş qrafiki və tapşırıqların yüksək dəyişkənliyi ola bilər.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar