Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Yuxusuzluq sizi xəstə edir: Həkimdən immunitet xəbərdarlığı

Tarix: 07-01-2026 19:08     Baxış: 3119 A- / A+
Yuxusuzluq sizi xəstə edir: Həkimdən immunitet xəbərdarlığı
"Yuxu rejimi immun sisteminə və vitamin-mineral balansına çox ciddi təsir göstərir, bu təsir həm birbaşa, həm də dolayı mexanizmlərlə baş verir".
Manevr.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev deyib.
Qeyd edib ki, keyfiyyətli və kifayət qədər yuxu zamanı orqanizm infeksiyalara qarşı qoruyucu sitokinlər istehsal edir, T-hüceyrələrin və NK hüceyrələrinin fəaliyyəti artır, immun yaddaş daha sağlam işləyir. Bu isə virus və bakteriyalara qarşı müqavimətin yüksəlməsinə səbəb olur:
"Yuxu azaldıqda və ya qeyri-müntəzəm olduqda immun sistem zəifləyir, insan daha tez-tez xəstələnir, xəstəliklər daha uzun çəkir və xroniki iltihab riski artır. Bu zaman stress hormonu olan kortizol yüksəlir və immun cavabı basqılayır".
Terapevt nəzərə çatdırıb ki, davamlı olaraq gecə 6 saatdan az yatmaq immun müdafiəni nəzərəçarpacaq dərəcədə zəiflədir. Yuxu pozuntusu vitamin çatışmazlığını birbaşa yaratmasa da, onun əmələ gəlməsinə güclü zəmin yaradır:
"Yuxusuzluq həzm və sorulma proseslərini zəiflədir, bəzi vitamin və mineralların orqanizm tərəfindən istifadəsi azalır, hormonal balans pozulur. Gec yatıb gec duran insanlarda gün işığı ilə təmas azaldığı üçün xüsusilə D vitamini çatışmazlığı daha tez-tez müşahidə olunur".
Bildirib ki, stress və yuxusuzluq iştahanı dəyişdirir, qeyri-sağlam qidalara meyl artır və bu da B qrupu vitaminləri, maqnezium, dəmir balansının pozulmasına səbəb ola bilir:
"Maqnezium bu prosesdə həm səbəb, həm də nəticə rolunu oynaya bilər, çünki onun çatışmazlığı yuxu keyfiyyətini daha da pisləşdirir. Uzunmüddətli gecə növbələri, xroniki yuxusuzluq, davamlı psixoloji stress, yeniyetməlik, hamiləlik və yaşlılıq dövrlərində bu təsirlər daha güclü hiss olunur".
Qeyd edib ki, sağlam immun sistemi və düzgün vitamin balansı üçün yuxunun müddəti və rejimi çox önəmlidir. Müntəzəm olaraq 7-9 saat yatmaq, axşam saatlarında ekran istifadəsini azaltmaq, gecə kofeinli içkilərdən uzaq durmaq immun və ümumi sağlamlıq baxımından mühüm rol oynayır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar