Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Hərəkətsizlik xərçəng riskini artırırmı?

Tarix: 26-12-2025 09:30     Baxış: 3131 A- / A+
Hərəkətsizlik xərçəng riskini artırırmı?Son illər aparılan elmi araşdırmalar göstərir ki, fiziki aktivliyin azlığı bir sıra ciddi xəstəliklərin, o cümlədən xərçəngin yaranma riskini artıra bilər. Mütəxəssislərin fikrincə, hərəkətsiz həyat tərzi orqanizmdə maddələr mübadiləsinin zəifləməsinə, artıq çəkinin yaranmasına və immun sisteminin funksiyasının pozulmasına səbəb olur.
Manevr.az milli.az-a istinadən məlumatına görə, tibb mütəxəssisləri bildirirlər ki, uzun müddət oturaq həyat tərzi keçirən şəxslərdə xüsusilə yoğun bağırsaq, süd vəzi və uşaqlıq xərçəngi riskinin daha yüksək olduğu müşahidə edilir. Fiziki aktivliyin az olması hormonal balansın pozulmasına və iltihabi proseslərin artmasına şərait yaradır ki, bu da xərçəng hüceyrələrinin inkişafı üçün əlverişli mühit yarada bilər.
Araşdırmalara əsasən, müntəzəm fiziki aktivlik bədəndə insulin səviyyəsini tənzimləyir, immun sistemini gücləndirir və xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alan mexanizmləri aktivləşdirir. Gündəlik ən azı 30 dəqiqə orta intensivlikdə fiziki hərəkət sürətli gəzinti, velosiped sürmək və ya yüngül idman sağlamlıq üçün faydalı hesab olunur.
Mütəxəssislər vurğulayırlar ki, hərəkətsizlik təkcə xərçəng deyil, eyni zamanda ürək-damar xəstəlikləri, diabet və piylənmə riskini də artırır. Bu baxımdan sağlam həyat tərzinin formalaşdırılması, xüsusilə gənc yaşlardan fiziki aktivliyə üstünlük verilməsi mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, xərçəngin qarşısının alınmasında düzgün qidalanma, zərərli vərdişlərdən uzaq durmaq və müntəzəm tibbi müayinələrlə yanaşı, aktiv həyat tərzi əsas qoruyucu amillərdən biridir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar