Sizin Reklam Burada
Xəbər lenti
24-12-2025
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

Novruz Məmmədovun səhhətində problem yarandı

Tarix: 24-12-2025 13:01     Baxış: 434 A- / A+


 
Azərbaycanın sabiq Baş naziri və Prezidentin Xarici siyasət məsələləri üzrə keçmiş köməkçisi Novruz Məmmədovun səhhətində problemlər yaranıb.
Manevr.az Bakıvaxtı.az-a istinadən məlumatına görə, N.Məmmədov hazırda yaxşılaşır.
Onun özü də saytımızın əməkdaşı ilə söhbətində vəziyyətinin yaxşılaşdığını bildirib.
"Özümü nisbətən yaxşı hiss edirəm. Vəziyyətim yavaş-yavaş yaxşılaşır. Yaşlılıqdan irəli gələn problemlərdir", - deyə Novruz Məmmədov əlavə edib.
Qeyd edək ki, Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Pedaqoji Dillər İnstitutunun Fransız dili fakültəsinə daxil olub və 1970-ci ildə fərqlənmə diplomu ilə məzun olub. O, 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi kimi çalışıb.
12 aprel 1997-ci ildə Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri təyin edilib. 1995-1997-ci illərdə isə Heydər Əliyevin fransız dili tərcüməçisi olub. 2002-ci ilin yanvarında Prezidentin fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib.
21 aprel 2018-ci ildən Azərbaycan Respublikasının Baş Naziri olub və 8 oktyabr 2019-cu ildə bu vəzifədən azad edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar