Xəbər lenti
Qrip əleyhinə peyvəndlər işə yarayırmı? – AÇIQLAMA
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hava şəraitinin dəyişməsi, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və immun sisteminin zəifləməsi bu infeksiyaların geniş yayılmasına şərait yaradır.
Hazırda əhali arasında ən çox rast gəlinən kəskin respirator virus infeksiyaları adətən yüksək hərarət, öskürək, boğaz ağrısı, ümumi halsızlıq və bəzən ağırlaşmalarla müşayiət olunur. Risk qrupuna daxil olan şəxslər, yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar və uşaqlar üçün bu infeksiyalar daha ağır fəsadlara səbəb ola bilər.
Səhiyyə Nazirliyi tərəfindən profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə qrip əleyhinə “Sanofi Pasteur” (Fransa) şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları ölkəyə gətirilib.
Bəs qrip əleyhinə peyvəndlər nə dərəcədə səmərəlidir? İstifadə məqsədə uyğundurmu?
Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı səhiyyə eksperti Rasif Bağırov sfera.az-a açıqlama verib.
R.Bağırov qeyd edib ki, mövsümi qriplərdən qorxmaq lazım deyil:
“Qrip virusları adətən bizim tanıdığımız, bildiyimiz klinik əlamətlərlə özünü göstərir və bu əlamətlər mövsümə görə dəyişir. Bu proses yalnız Azərbaycanda deyil, dünyanın hər yerində baş verir. Virus növləri çox olduğu üçün insanlar tez-tez fərqli adlar eşidir. Məsələn, “Hongkong” qripi və ya digər növlər. Bəzi vətəndaşlar yeni virus adlarını eşidəndə qorxuya düşür, lakin əslində buna elə bir əsas yoxdur. Qrip virusları yoluxuculuq qabiliyyətinə malikdir, tez yayılır və çox insana təsir edə bilir, amma əksər hallarda ciddi təhlükə yaratmır. Xəstəliyin gedişi normal şəraitdə bir həftə ərzində tam sağalmaqla nəticələnir”.

Mütəxəssis risk qrupuna daxil olan şəxsləri də bildirib:
“Risk qrupuna daxil olan insanlar, məsələn, 65 yaşdan yuxarı şəxslər, xroniki ağciyər və ürək xəstəliyi olanlar, böyrək və digər xroniki xəstəlikləri olanlar qripdən daha ağır təsirlənə bilər. Bu xəstələrdə virus bədənin temperaturunu yüksəldir və ümumi intoksikasiya vəziyyətini gücləndirir. Nəticədə xəstə orqanlar bu vəziyyətə cavab verə bilmir və ağırlaşmalar baş verə bilər. Uşaqlarda isə qrip adətən daha yüngül keçir. Bunun səbəbi onların immun sistemində virüsləri öldürən xüsusi maddələrin olmasıdır. 16 yaşına qədər uşaqların əksəriyyətində bu immunitet sistemi tam fəaliyyət göstərir, ona görə də onlar qripi nisbətən asan keçirir. 16 yaşdan sonra isə insanlar artıq böyüklər kimi qripin təsirinə məruz qalır.
Təbii ki, Səhiyyə Nazirliyi tərəfindən təqdim olunan antiviral peyvəndlər çox faydalıdır. Azərbaycanda əvvəllər də bu peyvəndlər mövcud olub; insanlar onları istifadə etdikdə qripə tutulmadıqlarını qeyd edirdilər. Peyvəndlər müəyyən qrip viruslarının qarşısını alır. Əgər peyvəndin tərkibində olmayan yeni virus növü gəlsə də, istifadə olunan peyvənd ümumi immuniteti gücləndirir və xəstəliyi yüngülləşdirir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































