Sizin Reklam Burada
Xəbər lenti
31-07-2026
30-07-2026
BÜTÜN XƏBƏRLƏR

Şirin içkilər xərçəng riskini artırır

Tarix: 22-12-2025 09:11     Baxış: 3153 A- / A+

Şirin içkilər xərçəng riskini artırır

Şirin qazlı içkilərin tez-tez qəbul edilməsi yoğun bağırsaqda poliplərin yaranması və xərçəng riskinin artması ilə əlaqələndirilir.
Manevr.az-ın məlumatına görə, rusiyalı onkoloq Sergey İvanov bildirib ki, bu tip içkilərin müntəzəm istifadəsi bağırsaqlara həddindən artıq fruktoza və sürətli karbohidratlar ötürür. Həkimin sözlərinə görə, fruktozanın bir hissəsi nazik bağırsaqda mənimsənilmir və birbaşa yoğun bağırsağa keçir.
O qeyd edib ki, bu proses bağırsaqda bakteriyaların balansını pozur:
"Yoğun bağırsağa düşən fruktoza bəzi bakteriyalar üçün əlverişli mühit yaradır, nəticədə isə bağırsaq hüceyrələrini qoruyan faydalı bakteriyaların sayı azalır".
Onkoloq qeyd edib ki, aparılan tədqiqatlar zamanı xroniki iltihabla əlaqəli bakteriya növlərinin artdığı, qoruyucu mexanizmləri dəstəkləyən mikroorqanizmlərin isə azaldığı müşahidə olunub. Sergey İvanov bu dəyişikliklərin uzunmüddətli dövrdə xərçəngin inkişafına zəmin yaradan zəncirvari prosesin bir hissəsi ola biləcəyini vurğulayıb.
Həkim mütəxəssislər tərəfindən qazlı, şəkərli içkilərin istehlakının məhdudlaşdırılmasının sağlamlıq baxımından vacib hesab edildiyini də əlavə edib.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar