Sizin Reklam Burada
Xəbər lenti
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Şizofreniyanın yaranma səbəbi açıqlandı

Tarix: 20-12-2025 10:42     Baxış: 370 A- / A+
Şizofreniyanın yaranma səbəbi açıqlandı
Bəzi şizofreniya halları insanın öz immun sistemi ilə bağlı ola bilər.
Manevr.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, FMBA-nın Federal Beyin və Neyrotexnologiyalar Mərkəzinin direktoru Vsevolod Belousov danışıb.
Onun sözlərinə görə, praktikada elə şizofreniya halları mövcuddur ki, standart psixiatriya dərmanları təsir göstərmir. Sonradan isə məlum olur ki, xəstəlik beynin özünə deyil, immun sisteminin neyronlardakı müəyyən reseptorlara hücumu nəticəsində yaranıb. Bu hal tibbdə autoimmun şizofreniya kimi tanınır.
Belousov bildirib ki, oxşar mexanizm autoimmun koma hallarındə da müşahidə olunub. Bəzi pasiyentlərdə immun sisteminin NMDA-reseptorlarına qarşı anticisimlər yaratması nəticəsində beyin siqnallarının ötürülməsi pozulur. İmmun reaksiyanın dərmanlarla zəiflədilməsi isə bəzi hallarda xəstənin vəziyyətinin qəfil yaxşılaşmasına səbəb olur.
Mütəxəssis vurğulayıb ki, bu sahə olduqca mürəkkəbdir və psixi xəstəliklərin bir hissəsinin immun mexanizmlərlə əlaqəli olması tibbdə yeni yanaşmaların formalaşmasına səbəb olur.(milli.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar